Gündəm
Tovuzda Səyyar ASAN xidmət
Səyyar ASAN xidmət 12 – 26 dekabr tarixində Tovuz şəhərində səyyar formada vətəndaşlara xidmət göstərəcək. Olaylar.az bildirir ki, bundan başqa səyyar avtobuslar 28 dekabr tarixində Astara, Şəki şəhərlərində və Ağcabədi rayonunda, 28 dekabr Kürdəmir şəhərində, 28 dekabr Qazax şəhərində, 28 dekabr Abşeron rayonu Hökməli qəsəbəsində, 29 dekabr Xəzər rayonu Mərdəkan qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Deputatlarımız MDB-nin tədbirinə qatılacaqlar
Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə MDB-yə üzv dövlətlərin XII yaradıcı və elm ziyalıları forumunda iştirak etmək üçün bu gün Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər. Milli Məclisdən “Olaylar”a verilən xəbərə görə, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkil etdiyi tədbir “MDB ölkələrində ailə dəyərləri və ənənələrinin möhkəmləndirilməsində humanitar əməkdaşlığın rolu” mövzusuna həsr olunub.
Niderlandda Heydər Əliyevin anım mərasimi keçirilib
Azərbaycanın Niderlanddakı səfirliyində Heydər Əliyevin anım günü keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə Azərbaycan səfirliyinin nümayəndələri ilə yanaşı Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri də iştirak edib. İştirakçılar Ulu Öndərin keçdiyi həyat yolu, gördüyü işlər, Azərbaycanın ən ağır zamanında hakimiyyətə gəlib, onu içinə düşmüş xaosdan necə qurtardığı haqda bəhs ediblər. Ulu Öndərin Azərbaycan Diasporasının inkişafında və formalaşmasında çox böyük rolundan bəhs edilib.
Hər kəs insanlıq adına həmrəylik nümayiş etdirməlidir
"Qüdsün İsrailin paytaxtı kimi tanınmasının əleyhinə çıxış edən bütün dövlətlərlə dialoq pəncərəsini açıq qoymaq və əməkdaşlığı davam etdirmək lazımdır". “OLAYLAR” xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli səsləndirib.
Çıxarışlar elektron qaydada veriləcək
Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalara əsasən, mənzilin dövlət reyterindən çıxarışı (“kupça”) elektron qaydada veriləcək. Dəyişikliyə əsasən, mənzilin hüquqi sahibi öz elektron imzası ilə “Elektron Hökumət” portalı vasitəsi ilə bu sənədə sahib ola biləcək. “Olylar” xəbər verir ki, iqtisadşı ekspet Vüqar Bayramov “kupça”ların elektron verilməsi həm proseduraların sayının azaldılması, həm də şəffaflığın gücləndirilməsi baxımdan müsbət haldır: “Bununla yanaşı, bizim apardığımız monitorinqlər göstərir ki, Bakıda inşa edilən yeni binaların təxminən 80 faizindən çoxunda mənzillərin dövlət reysterindən çıxarışları yoxdur.
Nesrin Cavadzadə ispan rejissorunun diqqətini çəkdi
Azərbaycan əsilli, Türkiyədə yaşaan və fəaliyyət göstərən aktrisa Nesrin Cavadzadə ispan rejissorun diqqətini çəkib. Olaylar.az bildirir ki, aktrisa məşhur ispan rejissoru Nacho Ruiperezin "El Desentierro" filmində rol alıb. Aktrisa filmdə Leonardo Sbaraglia və Jan Cornet ilə birgə çəkiləcək.
Azər Badamov: “Ulu Öndər xalqın yaddaşında Azərbaycanın qurucusu kimi qalıb”
“Ulu Öndər xalqımızın yaddaşında Azərbaycanın qurucusu kimi qalıb və bu hər zaman belə olacaq. Çünki bugünkü Azərbaycan dövlətinin mövcudluğu məhz Ümummilli Liderin adı ilə bağlıdır”. Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
İş adamı sevgisinə qarşılıq verməyən 3 uşaq anasını öldürdü: işçisi olub - VİDEO
Türkiyənin Bursa şəhərində sevgisinə qarşılıq verməyən 3 uşaq anasını küçənin ortasında güllələyən şübhəli saxlanılıb. Şübhəli ədliyyə çıxışında "Pulumla, mənimlə oynadı, xəyanətin cəzası budur. 250 min lirə pulumu aldı" deyə qışqırıb.
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev dekabrın 11-də Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ermənistanda hərbçi qəza törətdi, ölən var
Ermənistanda hərbçi qəza törədib. Hadisə Tavuş vilayətinin İcevan şəhərində baş verib. Ermənistan Silahlı Qüvvələrinin 21 yaşlı hərbçisi Arsen Kirakosyan idarə etdiyi motoskletlə İcevan şəhər sakini, 51 yaşlı Svetlana Beqlaryanı vuraraq öldürüb.
Ramil Səfərova yeni rütbə verildi
Tanınmış hərbçi Ramil Səfərovun rütbəsi artırılıb. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, bir neçə gün əvvəl mayor Səfərova polkovnik-leytenant rütbəsi verilib.
Bütün dünya bunu GÖZLƏYİR, saat 15:00-da başlayacaq: HAZIR OLUN! - YENİLƏNDİ
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Artıq nəinki, Avropanın, hətta bütün dünyanın futbolsevərlərinin gözü püşkatmaya çevirilib.
Arif Əsgərovun qohumu zərərçəkmişlərə 5 milyon ödədi - MƏHKƏMƏ
Bakıda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə Emil Hüseynovun cinayət işində zərərçəkmiş qismində tanınan 4 nəfərə vurduğu ziyanı ödədiyi məlum olub.
Saakaşvili məhkəməyə gətirildi
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski rayon məhkəməsinə gətirilib. Məhkəmə Saakaşvili barəsində ehtiyat tədbiri seçməlidir.
Qüds İsrailin paytaxtı olmamalıdır
"BMT-nin qərarına görə Şərqi Qüds Fələstinin, Qərbi Qüds İsrailin paytaxtı olmalıdır. İsrail 1967-ci ildə Şərqi Qüdsü işğal edib və 1980-cı ildə Qüdsü paytaxt elan edib. İsrail Şərqi Qüdsün işğal faktorunu aradan qaldırmalı, Fələstinin beynəlxalq hüquqa görə ərazilərin tanımalıdır". “OLAYLAR xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.














