Bütün dünya bunu GÖZLƏYİR, saat 15:00-da başlayacaq: HAZIR OLUN! - YENİLƏNDİ

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Artıq nəinki, Avropanın, hətta bütün dünyanın futbolsevərlərinin gözü püşkatmaya çevirilib.

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Artıq nəinki, Avropanın, hətta bütün dünyanın futbolsevərlərinin gözü püşkatmaya çevirilib.

Püşk nəticəsində Türkiyənin yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşəcək.

G qrupunun lideri kimi mərhələ adlayan "qara qartallar" "səpələnmişlər" səbətində yer alacaq. Bu isə o deməkdir ki, Şenol Günəşin baş məşqçisi olduğu kollektiv daha aşağı reytinqlilərdən ibarət "səpələnməmişlər" səbətindəki komandalardan biri ilə üz-üzə gələcək. "Qarabağ"ın mübarizəni dayandırdığı C qrupundan İtaliya "Roma"sı "səpələnmişlər", İngiltərənin "Çelsi" komandası isə "səpələnməmişlər" sırasında olacaq.

Qaydalara əsasən, 1/8 final mərhələsində eyni ölkənin iki komandası bir-biri ilə üz-üzə gələ bilməz. Qrup qalibləri isə ilk görüşünü 13-14 fevralda və ya 20-21 fevralda səfərdə, cavab oyununu isə 6-7 martda və ya 13-14 martda evdə keçirməlidir.

"Səpələnmişlər": "Mançester Yunayted" (İngiltərə), PSJ (Fransa), "Roma" (İtaliya), "Barselona" (İspaniya), "Liverpul" (İngiltərə), "Mançester Siti" (İngiltərə), "Beşiktaş" (Türkiyə), "Tottenhem" (İngiltərə)

"Səpələnməmişlər": "Bazel" (İsveçrə), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Sevilya" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Portu" (Portuqaliya), "Real Madrid" (İspaniya)

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Nyone şəhərində futbol üzrə Avropa Liqasının da püşkatması keçiriləcək. Məraasim Bakı vaxtı ilə saat 16:00 başlayacaq.

Qeyd edilir ki, 32 komanda 2 səbətə bölünəcək.

Birinci səbətdə yer alan komandalar: "Milan", "Arsenal", "Atalanta", "Atletik", "Atletiko", "Braqa", OMİK, "Dinamo" (Kiyev), "Latsio", "Leypsiq", "Lokomotiv", "Viktoriya" (Plzen), "Zalsburq", "Sportinq", "Vilyareal", "Zenit"dir.

İkinci səbətdə yer alam komandalar isə AEK, "Astana", "Seltik", "Tsrvena Zvezda", "Borussiya", "Styaua", "Kopenhaqen", "Ludoqorets", "Lion", "Marsel", "Napoli", "Nitsa", "Estersund", "Partizan", "Real Sosedad", "Spartak"dır. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31