İş adamı sevgisinə qarşılıq verməyən 3 uşaq anasını öldürdü: işçisi olub - VİDEO
Türkiyənin Bursa şəhərində sevgisinə qarşılıq verməyən 3 uşaq anasını küçənin ortasında güllələyən şübhəli saxlanılıb. Şübhəli ədliyyə çıxışında "Pulumla, mənimlə oynadı, xəyanətin cəzası budur. 250 min lirə pulumu aldı" deyə qışqırıb.
11 Dekabr 2017 11:57 DünyaTürkiyənin Bursa şəhərində sevgisinə qarşılıq verməyən 3 uşaq anasını küçənin ortasında güllələyən şübhəli saxlanılıb. Şübhəli ədliyyə çıxışında "Pulumla, mənimlə oynadı, xəyanətin cəzası budur. 250 min lirə pulumu aldı" deyə qışqırıb. Şübhəlinin əvvəllər tarlasında çalışan evli qadına gözü düşdüyü ortaya çıxıb. Olay dünən gecə qeydə alınıb. İş adamı olan Kemal Y. (61), Nafiye Şahinin (40) evinin önünə gəlib. Tapançasını çıxaran Kemal Y. Şahini güllələyib. 9 güllə yarası alan 3 uşaq anası Şahin çatdırıldığı xəstəxanada həyatını itirib. Qətl sonrası qaçan şübhəli polislər tərəfindən saxlanılıb. Milli.Az Haberler-ə istinadən xəbər verir.