Niderlandda Heydər Əliyevin anım mərasimi keçirilib
Azərbaycanın Niderlanddakı səfirliyində Heydər Əliyevin anım günü keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə Azərbaycan səfirliyinin nümayəndələri ilə yanaşı Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri də iştirak edib. İştirakçılar Ulu Öndərin keçdiyi həyat yolu, gördüyü işlər, Azərbaycanın ən ağır zamanında hakimiyyətə gəlib, onu içinə düşmüş xaosdan necə qurtardığı haqda bəhs ediblər. Ulu Öndərin Azərbaycan Diasporasının inkişafında və formalaşmasında çox böyük rolundan bəhs edilib.
11 Dekabr 2017 12:14 SosialAzərbaycanın Niderlanddakı səfirliyində Heydər Əliyevin anım günü keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbirdə Azərbaycan səfirliyinin nümayəndələri ilə yanaşı Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri də iştirak edib. İştirakçılar Ulu Öndərin keçdiyi həyat yolu, gördüyü işlər, Azərbaycanın ən ağır zamanında hakimiyyətə gəlib, onu içinə düşmüş xaosdan necə qurtardığı haqda bəhs ediblər. Ulu Öndərin Azərbaycan Diasporasının inkişafında və formalaşmasında çox böyük rolundan bəhs edilib.
Bildirilib ki, onun möhtəşəm kəlamları "Bir Millət iki Dövlət"deməsi, Azərbaycan və Türk Diaspora Təşkilatlarını bir-birinə daha da yaxınlaşdırıb , onları bir-birinə daha da sıx birləşdirib. Tədbirdə Ulu Öndərin siyasətini uğurla davam edən Prezidentimizə, bir daha hər kəs öz dəstəyini nümayiş etdirib. İştirakçılar çıxışlarında bildiriblər ki, güclü dövlət, güclü millət olmanın bir yolu var, o da ancaq Prezidentimizin ətrafında sıx birləşməkdən keçir.