Tovuzda Səyyar ASAN xidmət
Səyyar ASAN xidmət 12 – 26 dekabr tarixində Tovuz şəhərində səyyar formada vətəndaşlara xidmət göstərəcək. Olaylar.az bildirir ki, bundan başqa səyyar avtobuslar 28 dekabr tarixində Astara, Şəki şəhərlərində və Ağcabədi rayonunda, 28 dekabr Kürdəmir şəhərində, 28 dekabr Qazax şəhərində, 28 dekabr Abşeron rayonu Hökməli qəsəbəsində, 29 dekabr Xəzər rayonu Mərdəkan qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
11 Dekabr 2017 12:19 SosialSəyyar ASAN xidmət 12 - 26 dekabr tarixində Tovuz şəhərində səyyar formada vətəndaşlara xidmət göstərəcək. Olaylar.az bildirir ki, bundan başqa səyyar avtobuslar 28 dekabr tarixində Astara, Şəki şəhərlərində və Ağcabədi rayonunda, 28 dekabr Kürdəmir şəhərində, 28 dekabr Qazax şəhərində, 28 dekabr Abşeron rayonu Hökməli qəsəbəsində, 29 dekabr Xəzər rayonu Mərdəkan qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.