Qüds İsrailin paytaxtı olmamalıdır

"BMT-nin qərarına görə Şərqi Qüds Fələstinin, Qərbi Qüds İsrailin paytaxtı olmalıdır. İsrail 1967-ci ildə Şərqi Qüdsü işğal edib və 1980-cı ildə Qüdsü paytaxt elan edib. İsrail Şərqi Qüdsün işğal faktorunu aradan qaldırmalı, Fələstinin beynəlxalq hüquqa görə ərazilərin tanımalıdır". “OLAYLAR xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

"BMT-nin qərarına görə Şərqi Qüds Fələstinin, Qərbi Qüds İsrailin paytaxtı olmalıdır. İsrail 1967-ci ildə Şərqi Qüdsü işğal edib və 1980-cı ildə Qüdsü paytaxt elan edib. İsrail Şərqi Qüdsün işğal faktorunu aradan qaldırmalı, Fələstinin beynəlxalq hüquqa görə ərazilərin tanımalıdır". "OLAYLAR xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, bu baş vermirsə, regionda münaqişə öz ciddiyyətini qorumaqla, daha dərin problemlərə səbəb olacaq: "Azərbaycan BMT-nin Qüdslə bağlı qətnaməsinə əsasən obyektiv olaraq, Qüds probleminə bu prizmadan yanaşır. Qüds İsrailin paytaxtı olmamalıdır. Bu birmənalıdır. Azərbaycan məzlum və işğaldan əziyyət çəkən Fələstin dövlətinin yanındadır. Bu yanaşma bir daha beynəlxalq hüquqa əsaslanır". Politoloqun qənaətincə, baxmayaraq ki, İsraillə sıx siyasi-hərbi əlaqələrə malikik. ancaq Fələstin məsələsi İsrail-Azərbaycan münasibətlərinə xələl gətirməməlidir və hazırda kənar tutulur: "Sadəcə olaraq, Azərbaycan bu məsələdə beynəlxalq hüquqa əsaslanır. ABŞ XXI əsrin imperiyasıdır, hegemon dövlətidir. İsrailə bu qədər dəstək verməklə, Yaxın Şərqdə mövqeyini gücləndirir. Çünki bu regionda geosiyasi vəziyyət mürəkkəb olaraq qalır, həll yolları diplomatiya ilə deyil, hərblə idarə olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31