16 tonluq qril bişirildi

Uurqvayda dünyanın ən böyük qrili bişirilib. Bununla da dünyanın ən böyük barbekyusu ilə bağlı Ginnesin Rekordlar Kitabında rəsmən qeydiyyata alınmış rekord yenilənib. Əvvəlki rekord Argentinanın La Pampa şəhərində reallaşmışdı. 

Uurqvayda dünyanın ən böyük qrili bişirilib. Bununla da dünyanın ən böyük barbekyusu ilə bağlı Ginnesin Rekordlar Kitabında rəsmən qeydiyyata alınmış rekord yenilənib. Əvvəlki rekord Argentinanın La Pampa şəhərində reallaşmışdı. 38 min nəfər üçün hesablanmış nəhəng qril üçün 8 ton salat da doğranmışdı. Uruqvayın Minas şəhərindəki Roda parkında aşpazlar 16 ton mal ətini qızardıblar. Aksiyanın təşkilatçısı Viktor Modinonun dediyinə görə, 16 tonluq qril son tikəsinədək yeyilib. Milli.az El Mundo-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31