"Barselona"nı məğlub edən tapılmır

İspaniya La Liqasının 15-ci turunda "Vilyareal"ın qonağı olan "Barselona" 2:0 hesablı qələbə qazanıb. Katalon klubu Primerada məğlubiyyətsiz oyunların sayını 21-ə yüksəldib. Bunların 18-də qalib gələn "Barselona", 3 dəfə heç-heçə edib. Analoji nəticə La Liqanın tarixində ən uzun məğlubiyyətsizlik seriyasıdır. Komanda sonuncu dəfə 2016/17 mövsümünün 31-ci turunda "Malaqa"ya uduzub - 0:2.

"Vilyareal" isə artıq 17 oyundur ki, katalonları məğlub edə bilmir (12 məğlubiyyət, 5 heç-heçə). "Sarı sualtı qayıq" yüksək dəstədə heç bir rəqiblə şəxsi oyunlarda bu qədər qələbəyə həsrət qalmayıb. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31