Bakıda atəşfəşanlıq olacaq
Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil olunacaq. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.
11 Dekabr 2017 12:53 SosialDekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil olunacaq. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib. O, qeyd edib ki, bayram tədbiri dekabr ayının 31-də təşkil ediləcək: "Hər il olduğu kimi, bu il də şəhər sakinlərini və ölkəmizdə qonaq olacaq insanları təşkil olunacaq möhtəşəm atəşfəşanlığı seyr etmək üçün 31 dekabr saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edirik".