İnquşetiyada azərbaycanlıları daşıyan avtobus qəzaya uğrayıb, 4 nəfər yaralandı

İnquşetiyada azərbaycanlıları daşıyan mikroavtobus dünən gecə qəzaya uğrayaraq aşıb. Qəza nəticəsində 4 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin (CRM) mətbuat xidmətindən verilən məlumata görə, Qroznı-Vladikavkaz marşrut ilə hərəkət edən "Mercedes" markalı mikroavtobus Nazran yaxınlığında aşıb. Qəza zamanı avtobusda 7 nəfər - sürücü və sərnişinlər olub. Xəstəxanaya çatdırılanların vəziyyəti orta ağır olaraq dəyərləndirilir.

CRM avtobusun bütün sərnişinlərinin azərbaycanlı olub-olmadığını, yaralananlar arasında başqa ölkə vətəndaşlarının olub-olmadığın müəyyənləşdirə bilməyib. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31