“Ceyms Coysun “Uliss” romanı və ədəbiyyatda devrim” – İradə Musayevadan yeni kitab

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi-ədəbiyyatşünas alim İradə  Musayevanın “Ceyms Coysun “Uliss”romanı və ədəbiyyatda devrim” adlı kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məmməd Qocayev, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru  Kamran Nəzirlidir. Rəyçilər: filologiya elmləri doktoru, professor Cəlil Nağıyev  və filologiya üzrə fəlsəfə doktoru, Vilayət Hacıyevdir. Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın irlandiyalı yazıçı Ceyms Coysun “Uliss” romanından bəhs edən kitabı hissə-hissə Kulis.az saytında yayımlanmış və geniş oxucu auditoriyasının diqqətini cəlb etmişdir.

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi-ədəbiyyatşünasalim İradə  Musayevanın "Ceyms Coysun "Uliss"romanı və ədəbiyyatda devrim" adlı kitabı "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məmməd Qocayev, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru  Kamran Nəzirlidir. Rəyçilər: filologiya elmləri doktoru, professor Cəlil Nağıyev  və filologiya üzrə fəlsəfə doktoru, Vilayət Hacıyevdir.

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın irlandiyalı yazıçı Ceyms Coysun "Uliss" romanından bəhs edən kitabı hissə-hissə Kulis.az saytında yayımlanmış və geniş oxucu auditoriyasının diqqətini cəlb etmişdir.

Bu haqda Olaylar.az -a məlumat verən İradə xanım bildirib ki,  romanın 1 əsrdən çox yaşı var.

"Məlum ifadə ilə desək, dünya ədəbiyyatını silkələyən, yeni roman təfəkkürü formalaşdıran, dünyada cərəyan edən hadisələrin ümumiləşdirilmiş səhnəsi kimi göz önündə canlanan 750 səhifəlik əsər bu gün də birmənalı olaraq qəbul edilmir. İradə Musayevanın bizim ədəbiyyatşünaslığımızda "Uliss" romanı ilə bağlı ilk fundamental araşdırma hesab edilə biləcək kitabında Ceyms Coys yaradıcılığının, "şüur axını" üslubunun nəzəri-estetik prinsipləri təhlilə çəkilir. Müəllif öz aydın, oxunaqlı dillə yazılmış tədqiqatında "Uliss"i "oxunması mümkün olmayan kitab"lar siyahısından çıxarmağa cəhd edir. Və bu cəhd uğurla nəticələnir. İradə Musayevanın "Ceyms Coysun "Uliss" romanı və ədəbiyyatda devrim" kitabı geniş oxucu auditoriyası və ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulub" - deyə, İradə xanım bildirdi.

Qeyd edək ki,  kitab yaxın günlərdə oxuculara  təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31