Erməni deputat Azərbaycan ərazisində qəzaya düşdü

Ermənistan parlamentinin deputatı Karen Bekaryan qəzaya düşüb. Bu barədə kriminal xronika saytı shamshyan.com məlumat yayıb.

Ermənistan parlamentinin deputatı Karen Bekaryan qəzaya düşüb. Bu barədə kriminal xronika saytı shamshyan.com məlumat yayıb.

Qeyd olunur ki, bir gün əvvəl işğal edilmiş Dağlıq Qarabağda ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 14:20-də Berdzor - Qoris avtomagistralının 15-ci kilometrliyində "Nissan March" və "Mercedes" markalı maşınlar toqquşub.

Məlum olub ki, "Mercedes" Ermənistan parlamentinin balansında qeydiyyatdadır və deputat Karen Bekaryana xidmət edir. Qəza baş verərkən o da maşında olub və yüngül xəsarət alıb. Deputat müayinə üçün Yerevandakı tibb müəssisələrindən birinə yerləşdirilib. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31