Gündəm

Ədliyyə Nazirliyinə işə qəbul qaydaları asanlaşdı

18 Dekabr 2017 15:42

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olmaq istəyənlər üçün sınaq müddəti azaldılır. Bununla bağlı Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 sentyabr tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları”nda dəyişikliklər edilib.

Ermənistan xəritədən silinə bilər – Şarl Aznavur

18 Dekabr 2017 15:40

Ermənistanda yumurta oğurlayanı həbs edirlər, amma milyonları oğurlayan cəzasız qalır. Bunu ermənilərin Fransada dərc etdirdiyi “Nouvelles Armeniya” qəzetinə müsahibəsində məşhur erməni müğənni Şarl Aznavur söyləyib.

Prezident İlham Əliyev: "İKT-nin inkişafı iqtisadiyyatımızın şaxələndirilməsi strategiyası çərçivəsində zəruridir"

18 Dekabr 2017 15:37

"Euronews" telekanalında Bakıda keçirilən "Bakutel-2017" sərgisi ilə bağlı reportaj yayımlanıb. Sərginin əhəmiyyətindən danışılan reportajda Prezident İlham Əliyev "Euronews"un müxbirinin sualını cavablandırıb.

Nodar Şaşıqoğlu xatırlanacaq

18 Dekabr 2017 15:29

Dekabrın 19 – da Səməd Vurğun adına Rus Dram Teatrında Azərbaycanın dramatik teart və kino aktyoru, Azərbaycan və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlunun 90 illik yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək. Olaylar.az bildirir ki, xatirə gecəsində sənətkarın yaradıcıllıq xüsusiyyətlərindən danışılacaq, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq, eyni zamanda Azərbaycan teatr və kino tarixində özünəməxsus yer tutan Nodar Şaşıqoğlunun yaradıcıllığına həsr olunmuş fotosərgi də nümayiş olunacaq.

Sürix protokolunun arxiv sənədə çevrilməsinin günahkarı Ermənistandır

18 Dekabr 2017 15:22

Yunanıstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ölkəsinin 2018-ci ilin baharını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağı barədə səsləndirdiyi bəyanatı Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin pozulması istiqamətində təxribat xarakterli dəyərləndirmək olar. Yəni, Nalbandyan bu bəyanatı ilə bir daha bu ölkənin işğalçı siyasətinə sadiqliyini nümayiş etdirməklə, bölgədə destruktiv fəaliyyətini hələ bundan sonra da davam etdirəcək.

“Silahlı qüvvələrdə ictimai nəzarət təmin edilməlidir”

18 Dekabr 2017 15:21

Ölkə parlamenti tərəfindən ikinci oxunuş üçün qəbul edilən "Silahlı Qüvvələr haqqında" yeni qanun layihəsi ciddi müzakirələrə səbəb olub. Millət vəkilləri ordu rəhbərinin mülki şəxs, yaxud peşəkar hərbçi olmasından tutmuş silahlı qüvvələrə ictimai nəzarət məsələləri ətrafında ciddi təkliflər səsləndiriblər. Onu da qeyd edək ki, ordunun daxili sabitliyin təmin olunması məqsədilə istifadəsi barədə yanlış açıqlamalar cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub.

Azərbaycan məhsullarına maraq artıb

18 Dekabr 2017 15:19

18 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliyinin Dubay və Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Daha bir regional Bilik Evi açıldı

18 Dekabr 2017 15:18

Dekabrın 18-də Bilik Fondunun növbəti Bilik Evi Ağstafa rayonunda açılıb. Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Regional Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşüb. Fondun icraçı direktoru, icra başçısı, qonaqlar və iştirakçılar tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzülüb. Olaylar.az bildirir ki, tədbirdən öncə Fondun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva yerli gənclərdən ibarət auditoriya qarşısında "Bilik Azərbaycanda insan kapitalının inkişafında əsas amil kimi" mövzusunda mühazirə ilə çıxış edib.

Sürücünün əl-ayağını bağlayıb meşəyə atdılar

18 Dekabr 2017 15:16

Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, 2 nəfər naməlum şəxs Gəncə sakini Mahir Məmmədovun sürdüyü “Mercedes”ə əyləşərək əvvəlcə Biləcəriyə, daha sonra isə Gəncəyə gedəcəklərini bildiriblər.

İstirahət günləri yol qəzalarında 2 nəfər ölüb, 7-si yaralanıb

18 Dekabr 2017 15:15

İstirahət günləri respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Zamanın Tələbi- İslam Həmrəyliyi" adlı konfrans keçirilib

18 Dekabr 2017 15:13

Bakıda "Zamanın Tələbi- İslam Həmrəyliyi" adlı konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, "Gənclərin Mənəvi İnkişafı" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan konfransda günümüzdə İslam dininə zidd olan əməl və hərəkətlərin din adına bağlanmasına edilən cəhdlər, bunun qarşısının alınmasının yolları, xurafatçılığa qarşı mübarizə, eləcə də Azərbaycanın İslam Həmrəyliyinə verdiyi töhfələrdən söhbət açılıb.

“Atabank” müştərilərinə 200-ə yaxın hədiyyə bağışlayıb

18 Dekabr 2017 15:13

"Atabank” ASC bu ilin sonuna qədər keçirdiyi “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində sığortalı depozit yerləşdirmiş fiziki şəxslərə 88 ədəd “İsma Bike” velosipedi, 90 ədəd “İphone X” smartfonu və digər müxtəlif hədiyyələr bağışlayıb. “OLAYLAR” xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.

Müsavat partiyasının inkişafı üçün Arif Hacılı başqanlıqdan getməlidir

18 Dekabr 2017 15:12

"Müsavat partiyasında istefalar və fikir ayrılıqları bir əsrlik bir partiyanın parçalanmasına və xalq tərəfindən etimadının azalmasına səbəb olub. Bu gün Musavat partiyası özünün çöküşünü yaşamaqla, Azərbaycan siyasətində mövqeyini zəiflədib".

Sarkisyan Təhlükəsizlik Şurasını topladı

18 Dekabr 2017 15:11

Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. “OLAYLAR”-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasının cari ilin son günlərinə nəzərdə tutulsa da, lakin Sarkisyan iclasın daha tez çağırılması barədə qərar verib.