İstirahət günləri yol qəzalarında 2 nəfər ölüb, 7-si yaralanıb

İstirahət günləri respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İstirahət günləri respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Şənbə günü Azərbaycan yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Dekabrın 17-də isə, 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb. Beləliklə bu həftə sonu baş vermiş yol qəzalarında ümumilikdə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31