“Silahlı qüvvələrdə ictimai nəzarət təmin edilməlidir”
Ölkə parlamenti tərəfindən ikinci oxunuş üçün qəbul edilən "Silahlı Qüvvələr haqqında" yeni qanun layihəsi ciddi müzakirələrə səbəb olub. Millət vəkilləri ordu rəhbərinin mülki şəxs, yaxud peşəkar hərbçi olmasından tutmuş silahlı qüvvələrə ictimai nəzarət məsələləri ətrafında ciddi təkliflər səsləndiriblər. Onu da qeyd edək ki, ordunun daxili sabitliyin təmin olunması məqsədilə istifadəsi barədə yanlış açıqlamalar cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub.
18 Dekabr 2017 15:21 SosialÖlkə parlamenti tərəfindən ikinci oxunuş üçün qəbul edilən "Silahlı Qüvvələr haqqında" yeni qanun layihəsi ciddi müzakirələrə səbəb olub. Millət vəkilləri ordu rəhbərinin mülki şəxs, yaxud peşəkar hərbçi olmasından tutmuş silahlı qüvvələrə ictimai nəzarət məsələləri ətrafında ciddi təkliflər səsləndiriblər. Onu da qeyd edək ki, ordunun daxili sabitliyin təmin olunması məqsədilə istifadəsi barədə yanlış açıqlamalar cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub. Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, sənəddə Silahlı Qüvvələrin əsas vəzifələri kimi daxili sabitliyin, konstitusiya quruluşunun, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirakı qeyd edilir. Bəzi qüvvələr qanunun birinci oxunuşundan sonra mətbuatda böyük bir kampaniya başladıblar ki, guya hökumət ölkədə daxili sabitliyi təmin etmək üçün Azərbaycan ordusundan istifadə etməyə hazırlaşır. Ancaq nəzərə almaq lazımdır ki, qanunun 13.3-cü maddəsində qeyd olunur ki, silahlı qüvvələr özünün təyinatına uyğun olmayan vəzifələrin icrasına yalnız Milli Məclisin razılığı ilə cəlb oluna bilər. Bu həm də konstitusion müddəadır. Bu baxımdan heç bir narahatlıq yoxdur: "Bununla belə, 4.1.4-cü maddədə daxili sabitlik sözünü işlətmək düzgün deyil. Daxili sabitlik ölkədə siyasi gərginlik, küçə yürüşləri, mitinqlər də ola bilər. Onda belə çıxır ki, həmin mitinqlərin, küçə yürüşlərinin qarşısını almaq üçün hökumət ordudan istifadə edə bilər. Yəni bu yolverilməzdir. Burada "daxili sabitlik" sözü əvəzinə, "kütləvi ixtişaşların qarşısının alınması məqsədilə" iafadəsi yazılmalıdır. Hansı ki, orada artıq zorakılıq var. Bəli, zorakılığın qarşısının alınması üçün daxili qoşunların imkanları yetərli olmadıqda Azərbaycan ordusundan da istifadə oluna bilər".
Millət vəkili əlavə edib ki, konstitusiya quruluşunun dəyişdirilməsi hər zaman cinayət sayılmır: "Dövlətlər idarəetmə formalarına, dövlət quruluşlarına görə fərqlənirlər, unitar, federativ və konfederativ dövlət quruluşu ola bilər. Yəni, istənilən vətəndaşlar bunun dəyişdirilməsi, ölkədə yeni konstitusiya qəbul olunması üçün kampaniya apara bilər. Bu cinayət deyil və ona görə də burada qeyd olunmalıdır ki, "dövlət quruluşunun zorakılıqla dəyişdirilməsinə qarşı". Yəni konstitusion quruluşun zorla dəyişdirilməsindən söhbət gedir. Məsələn, bizdə idarəetmə formasına görə prezidentli respublikadır. Bizim partiyanın seçkilərdə platforması o idi ki, Azərbaycan parlamentli respublika modelinə keçsin. Yəni kimsə hansısa qanuni tədbirlər keçirirsə bunu dövlətə qarşı cinayət kimi qiymətləndirməməliyik ki, ordudan da ona qarşı istifadə edək. Bundan başqa qanunun 4.1.14-cü maddəsində qeyd olunur ki, "peşəkar hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək, hərbi elmi potensialı artırmaq". Mən hesab edirəm ki, Azərbaycan ordusunun indiki dövrdə ən azı 30 faizi peşəkarlardan ibarət olmaldıır və bu müqavilə əsasında formalaşdırılmaldıır. Yəni, burada qeyd edə bilərik ki, şəxsi heyətin ən azı 30 faizi müqavilə əsasında peşəkarlardan ibarət formalaşdırılır. Yaxud bu müddəanı 10-cu maddəyə - Silahlı Qüvvələrin şəxsi heyəti və komplekləşdirilməsi ilə bağlı maddəyə də əlavə edə bilərik. Hesab edirəm ki, nəhayət, bu barədə də düşünməliyik. Bilirsiniz, peşəkar orduda əsgərlərin boyu, çəkisi, fiziki hazırlığı önəmli rol oynayır. Yəni hərb də bir sənətdir. Məsələn, biri misal üçün kompüter texnologiyaları üzrə mütəxəssis olmaq istəyir, o biri də hərbçi olmaq istəyir. Tutaq ki, zəif bir uşağın çiyninə də 20 kilo yük qoyub, onu təpənin başına qalxmağa məcbur etmək olmaz. Çünki belə olduqda təpənin başında ona düşmən gülləsi lazım deyil, o bu yükə tap gətirməyəcək və ürəyi dayanacaq. Çünki onun fiziki imkanları buna imkan vermir. Buna görə də, ordunun bir hissəsi peşəkar orduya keçməlidir".
Millət vəkili əlavə edib ki, Azərbacan Respublkası Konstitusiyasının 79-cu maddəsində bildirilir ki, "heç kəs konstitusiyaya və qanunlara zidd vəzifələrin icrasına məcbur edilə bilməz": "Bu müddəanın qanuna əlavə edilməməsini heç cür başa düşə bilmirəm. Niyə bu silahlı qüvvələr haqqında qanunda öz əksini tapmamalıdır? Qardaş Türkiyədə ayrı-ayrı hərbçilər silahlı qüvvələri konstitusiya və qanunlara zidd vəzifələrin icrasına cəlb etmək istədi. Yəni dövlətə qarşı qiyam təşkil etməyə çalışdı. Belə olduğu halda biz birbaşa zabit və əsgərlərə deyirik ki, siz konstitusiya və qanunlara zidd vəzifələrin icrasına məcbur edilə bilməzsiniz. Amma 13.2-ci maddədə qeyd olunur ki, silahlı qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən silahlı qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərinin qəbul etdiyi qərarları icra edirlər. Belə çıxır ki, o qərarların qanuni olub olmamasından asılı olmayaraq icra edilməlidir. Burada bu müddəanı yazmaq nə çətin məsələdir ki? Konstitusion bir normanı silahlı qüvvələr haqqında qanuna yazırıq. Yaxud sabah dinc insanlara qarşı əsgərlərdən kimsə istifadə etmək istəyə bilər. Türkiyədə gördünüz, əmr verildi və hərbçilər 300-dək dinc insanı güllələdilər. Yəni konstitusiya və qanunlara bu cür açıq formada zidd qərarlar icra olunmamaldır və bu da qanunda öz əksini tapmalıdır. Burada qorxulu heç nə yoxdur".
Millət vəkili xüsusilə qeyd edib ki, Milli Məclisin mütləq silahlı qüvvələr üzərində nəzarəti olmaldır: "Hazırda Milli Məclis yalnız büdcəyə nəzarət formasında orduya nəzarət edə bilər. Amma mən düşünrəm ki, bu belə olmamalıdır. İnkişaf etmiş bütün sivil dövlətlərdə biz görürük ki, Müdafiə Nazirliyinin ayrı-ayrı hərbi birləşmələrinin rəhbərliyi dəvət olunurlar, müdafə və təhlükəszlik komitəsində müvafiq dinləmələr keçirilir və s. Və oradakı problemlər aradan qaldırılır. Hesab edirəm ki, silahlı qüvvələrə də ictimai nəzarət təmin olunmalıdır. Bunun üçün qanuna yeni bir bənd əlavə olunmnaldıır. İctimai nəzarət olmayanda, son vaxtlar görürəm ki, bəzi hallarda hətta şantaj yolu da seçilir. Bəzən jurnalistlərə təzyiqlər edilir. Bildirilir ki, düşmən tərəfi də bu məlumatları oxuyur, ona görə də orduda olan bu və ya digər problemləri qaldırmayın. Mən sizə deyirəm ki, o problemlər deyilməyəndə, yazılmayanda bunun nəticələri sonradan daha ağır olur. Əlbəttə, dövlət sirrini heç kim yaya bilmıəz və buna görə də cinayət məsuliyyəti nəzərdə tutulub. Amma jurnalistlərin konstitusiyaya görə, məlumat almaq hüququ var. Ona görə də imkan vermək lazımdır ki, jurnalistlərin əsgərlərlə, zabitlərlə təması olsun. Onların oradakı problemlər barədə informasiya əldə etmək imkanları olsun. Mən orduda açıq qapı günlərinin keçirilməsini alqışlayıram. Valideynlər gedirlər, övladları ilə görüşürlər. Onların şəraiti, qidalanması ilə əyani tanış olurlar. Biz ictimai nəzarət haqqında qanun da qəbul etmişdik. Silahlı qüvvələrə faktiki surətdə ictimai nəzarətin olduğu bir halda onun qeyd olunmamasını mən başa düşə bilmirəm. İctimai nəzarət sadəcə olaraq bir az da genişləndirilməlidir".
Alim