Sarkisyan Təhlükəsizlik Şurasını topladı
Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. “OLAYLAR”-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasının cari ilin son günlərinə nəzərdə tutulsa da, lakin Sarkisyan iclasın daha tez çağırılması barədə qərar verib.
18 Dekabr 2017 15:11 DünyaErmənistan prezidenti Serj Sarkisyan ölkəsinin Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. "OLAYLAR"-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasının cari ilin son günlərinə nəzərdə tutulsa da, lakin Sarkisyan iclasın daha tez çağırılması barədə qərar verib.
İclasda əsas müzakirə mövzusu Ermənistanın müdafiəsinin daha yaxşı təmin edilməsi istiqamətində atılması vacib olan adımlar olub. Serj Sərkisyan bu məqsədlə Ermənistanın müdafiə sənayesinin inkişafı proqramının qəbul edildiyini deyib və proqramdan irəli gələrək hökumət qarşısında müəyyən tapşırıqlar qoyub.
Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Şurasının toplantısının vaxtından əvvəl keçirilməsi Sərkisyanın işğal altında olan ərazilərə səfəri zamanı hərbi hissələrdə üzləşdiyi xoşagəlməz vəziyyət, eyni zamanda son aylarda Ermənistan ordusunda ölüm və fərarilik hallarının artması ilə bağlıdır.