Daha bir regional Bilik Evi açıldı

Dekabrın 18-də Bilik Fondunun növbəti Bilik Evi Ağstafa rayonunda açılıb. Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Regional Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşüb. Fondun icraçı direktoru, icra başçısı, qonaqlar və iştirakçılar tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzülüb. Olaylar.az bildirir ki, tədbirdən öncə Fondun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva yerli gənclərdən ibarət auditoriya qarşısında "Bilik Azərbaycanda insan kapitalının inkişafında əsas amil kimi" mövzusunda mühazirə ilə çıxış edib.

Dekabrın 18-də Bilik Fondunun növbəti Bilik Evi Ağstafa rayonunda açılıb. Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Regional Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşüb. Fondun icraçı direktoru, icra başçısı, qonaqlar və iştirakçılar tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzülüb.

Olaylar.az bildirir ki, tədbirdən öncə Fondun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva yerli gənclərdən ibarət auditoriya qarşısında "Bilik Azərbaycanda insan kapitalının inkişafında əsas amil kimi" mövzusunda mühazirə ilə çıxış edib.

Yerli rəsmi qurumların təmsilçiləri, təhsil müəssisələrinin müəllim, tələbə və şagird kollektivləri, ağsaqqallar, gənclər və jurnalistlərin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimini giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açıb. İcra başçısı bildirib ki, ölkədə aparılan daxili və xarici siyasətin mahiyyətinin yerlərdə əhaliyə dəqiq və dolğun çatdırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə ehtiyac var.

Tədbirdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun əhalinin, xüsusilə də gənclərin elmi biliklərinin artırılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

Açılış mərasimində İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri, Bilik Fondunun yerli nümayəndəsi Leyla İsayeva da çıxışında Ağstafa Regional Bilik Evinin fəaliyyət planı haqqında məlumat verərək bildirib ki, layihələrin əsas mahiyyətini əhali arasında geniş maarifləndirmə işinin aparılması təşkil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31