Gündəm
Dini Komitə maarifləndirmə tədbiri keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən danışıb.
Diaspor rəhbəri Misir parlamentində görüş keçirib
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir parlamentinin Vəqflər və Dini komitəsinin sədri, professor Usəmə əl-Əbdllə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Seymur Nəsirov Azərbaycan həqiqətləri, ölkəmizin cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, ərazisinin 20 faizinin hələ də Ermənistan tərəfindən işğal altında saxlanılması, bir milyondan çox qaçqın və köçkünün olması, Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Diaspor rəhbəri eyni zamanda Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, son illər iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlardan da bəhs edib. Azərbaycan-Misir əlaqələrdən də söhbət açan S.Nəsirov xalqlarımız arasındakı dostluq münasibətlərinin çox qədim tarixə malik olduğunu vurğulayıb.
Nazirlik: İnsanlar yolka bəzəmək üçün meşələrdən pulla təbii ağac ala bilərlər
Bir çox ölkələrdə Yeni il zamanı evlərdə süni deyil, təbii ağaclardan yolkaların quraşdırılmasına üstünlük verilir. Sözsüz ki, təbii yolkanın görünüşü insanda daha xoş təəssürat yaradır. İnsanların ona üstünlük verməsinin səbəbi həm də təbii yolkaların daha ucuz başa gəlməsi olur.
Qəzzafinin oğlu prezidentliyə namizədliyini irəli sürəcək
Liviyanın öldürülən keçmiş prezidenti Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkilərində iştirak etmək niyyətindədir.
Rusiya Kamçatkada yeni ordu yaradır
Rusiyanın Kamçatka bölgəsində Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələrindən ibarət yeni ordu yaradılacaq. Məlumata görə, bu məqsədlə Rusiyanın Sakit okean donanmasının Hava Hücumundan Müdafiə qüvvələri və dəniz aviasiyası birləşdiriləcək və bu qoşunların qərargahı Kamçatkada yerləşdiriləcək.
Bakıda İslam həmrəyliyinə həsr olunan konfrans keçirilib TƏDBİR
Bu gün Bakıda “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” mövzusunda konfrans keçirilib. Məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə baş tutan konfransda Dövlət Komitəsinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri, eləcə də elm və din xadimləri iştirak ediblər.
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı artıb
"2017-ci ilin 11 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların sayında 20% artım müşahidə edilib”. Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.
“Tikintidə işçilərin sayını gizlətmək həm qeyri-mümkün, həm də tamamilə mənasız olacaq”
Komissiyanın yaradılmasından bir il ötməsə də, təqvim ili başa çatır və bu mənada nəticələr haqqında danışmaq məntiqli olar. Əvvəla onu deyim ki, xatırlatdığınız sərəncamdan sonra cənab prezidentin qeyri-rəsmi məşğulluğun qarşısının alınması probleminə dair daha iki sərəncamı imzalanıb.
Rusiya Donbas problemi üzrə Ukrayna ilə birgə təmsil olunduğu mərkəzdən çıxıb
Rusiya Ukrayna ilə birlikdə daxil olduğu Donbasdakı vəziyyətlə bağlı yaradılmış Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzdən çıxmağa qərar verib. Məlumata görə, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
“Sızanaqları sıxmayın, yoxsa...” – Dermatoloq MÜALİCƏ ÜSULLARInı sadalayır
Qadın və kişilər arasında ən geniş yayılmış problemlərdən biri sızanaqlar və bununla bağlı üzdə yaranan ləkələr, çapıqlardır. Bunlar dəri problemi olmaqla yanaşı, həm də estetik baxımdan xoş bir görüntü yaratmır. İnsanlarda narahatlığa, diskamfort hissinə səbəb olur. Bəs üzdə sızanaqların yaranma səbəbləri nələrdir? Hansı hallarda sızanaqlardan sonra üzdə ləkələr, çapıqlar yaranır? Problemdən ev şəraitində qurtulmaq mümkündürmü?
Əbədiyyətdə əriyənlər: cəsədləri turşu və suda həll edirlər
Vəfat edəndən sonra cəsədinin yandırılmasını və külünü kosmosa çıxarılıb səpələnməsini istəyənlər var. Təbii, belələri az olsa da, mövcuddur. Amma insanların əksəriyyəti dünyasını dəyişəndən sonra adi, rutin qaydada dəfn olunur.
Öldürülən biznesmenin oğlu 1,5 milyon manat tələb edir - MƏHKƏMƏ
Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvləri - Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi keçirilən prosesdə öldürülən iş adamının oğlu Vüqar Məmmədov ifadə verib. O bildirib ki, hadisə baş verən zaman Bakıda olub: "2008-ci ildən Bakıda qalıram. Xaçmaza bayramdan-bayrama gedirdim".
Məktəblərdə Yeni il şənlikləri keçiriləcəkmi? - RƏSMİ AÇIQLAMA
Bakı məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə bağlı heç bir əmr imzalanmayıb. Nə Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən belə bir tapşırıq verilməyib.
“Qalatasaray” “sükan"ı fransıza tapşıracaq?
"Qalatsaray"ın baş məşqçisi İqor Tudoru istefaya göndərməsi barədə məlumat vermişdik. İstanbul təmsilçisi artıq boş qalmış baş məşqçi postuna namizədləri nəzərdən keçirir. "Cim-bom"un siyahısında ilk sırada isə fransız mütəxəssisLoran Blan yer alıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə "aslanlar"ın rəhbərliyinin 52 yaşlı mütəxəssisə klubun "sükanı arxasına" keçməyi təklif etdiyi vurğulanıb.
Ölkədə yüzlərlə informasiya vasitələrinin fəaliyyət göstərməsi fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin göstəricilərindən biridir
Doğru buyurursunuz ki, vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatının nümayəndəsi olaraq fəaliyyətimizlə əlaqədar tez-tez kütləvi informasiya vasitələri ilə yaxından təmasda oluruq. Zaman-zaman yerli kütləvi informasiya vasitələrində yazılarımız, müsahibələrimiz dərc edilir. Media, kütləvi informasiya vasitələri ilə təmaslarımız, söhbətlərimiz, eləcə də mətbuatda bizimlə əlaqədar olaraq dərc edilən məqalələr bir neçə vacib nüansı ortaya çıxarır.
.jpg)













