Gündəm

Sığorta bazarı 12%-dən çox böyüyüb

18 Dekabr 2017 17:20

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin xətti ilə 504,235 milyon manat sığorta haqqı toplanılıb.“Olaylar” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 5,9% artaraq 230,88 milyon manat təşkil edib.

Türkiyədə körpü uçdu

18 Dekabr 2017 17:15

Türkiyənin Siirt vilayətində tikintisi başa çatmaqda olan körpü uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Körpünün uçma səbəbləri hələlik məlum deyil.

Azərbaycan daha 8 əcnəbiyə qaçqın statusu verdi

18 Dekabr 2017 17:13

Ötən illərə nisbətən bu il Azərbaycana gələn əcnəbi qaçqınların sayında azalma müşahidə edilib. Azərbaycana əsasən Əfqanıstan, İran və Suriyadan qaçqın gəlib. Bu barədə saytına miqrasiya üzrə ekspert Azər Allahverənov məlumat verib.

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edilib

18 Dekabr 2017 17:10

Tikinti təşkilatlarının vəzifələri şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluqdan verilən məlumata görə, “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin və “Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Meyxanaçılar Anar Nağılbazın "porno" videosuna "ilişdilər": "Yoxlayır bir nəfəri..." - VİDEO

18 Dekabr 2017 16:50

Meyxanaçı Ələkbər Yasamallı məşhur reper Anar Nağılbaza söz atıb. Orxan Lökbatanlı, Aydın Xırdalanlı və Rəşad Dağlının iştirak etdiyi məclisdə Ə.Yasamallı reperin bu yaxınlarda yayımlanan porno videosundan bəhs edərək ona söz atıb. 

Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

18 Dekabr 2017 16:48

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, SKMF Goranboy rayonunun Rəhimli kəndində işgüzar forum keçirib.

Nazir energetika obyektlərinə baxış keçirib

18 Dekabr 2017 16:47

Energetika naziri Pərviz Şahbazov ölkənin enerji sektorunda mühüm yer tutan bir sıra müəssisələrin fəaliyyəti ilə yaxından maraqlanıb. Energetika Nazirliyindən verilən məlumata görə, bu məqsədlə Şirvana səfəri çərçivəsində 780 meqavat gücə malik “Cənub” Elektrik Stansiyasının işi ilə tanış olub.

Rusiya qadağanı aradan qaldırdı

18 Dekabr 2017 16:45

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti dekabrın 15-dən etibarən Latviya və Estoniyanın bir sıra balıq emalı müəssisələrindən məhsulların idxalına qadağanı aradan qaldırıb.

İstanbul aeroportunda rusiyalı turistlər ciddi yoxlanılacaq - SƏBƏB?

18 Dekabr 2017 16:41

Türkiyə İstanbul hava limanına gələn rusiyalı turistlər üzərində nəzarəti gücləndirəcək. Məlumata görə, bununla bağlı qərar ötən ay Soçidə baş tutmuş Rusiya və Türkiyə prezidentlərinin görüşündə qəbul edilib.

"Azercell"lə “Karyerada ilk addım”

18 Dekabr 2017 16:39

Ölkəmizdə keçirilən karyera sərgilərində iştirakı artıq ənənəyə çevrilən Azercell Telekom bu dəfə Azərbaycan Dövlət Neft Sənaye Universitetində təşkil olunan əmək yarmarkasında iştirak edib. Şirkətdən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi “Karyerada ilk addım” devizi ilə keçirilən yarmarkada Azercell mövcüd vakansiya və Tələbə Proqramları ilə çıxış edib. Yarmarkada öz fəallığı ilə seçilən Azercell-in stendi tələbələrin böyük marağına səbəb olub. İnsan Qaynaqları Departamentinin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandıraraq Azercell-də karyera qurmaq istəyən gənclərə faydalı məsləhətlər veriblər.

Bəşər Əsəd: Suriyada terrorçuluqla mübarizə təkcə İŞİD-lə məhdudlaşmır

18 Dekabr 2017 16:38

Suriyada terrorçuluqla mübarizə təkcə İŞİD-lə məhdudlaşmır. Məlumata görə, bunu Suriya Prezidenti Bəşər Əsəd bəyan edib. Dövlət başçısı qeyd edib ki, bu mübarizə istənilən terror təşkilatına mənsub sonuncu terroçu zərərsizləşdirilənədək davam edəcək.

Bağdadi tutulubmu? - Kremldən AÇIQLAMA

18 Dekabr 2017 16:37

Kremlin mətbuat katibi Dmitri Peskov İŞİD lideri Əbubəkr Bağdadinin Suriyada tutulmasına dair çıxan xəbərlərlə bağlı açıqlama verib. D.Peskov amerikalı əsgərlərin Bağdadini tutub Suriyanın şimalındakı hərbi bazalarına apardıqları barədə xəbərlərin yalan olduğunu deyib. O, belə iddiaların hansı əsasla yayıldığını başa düşmədiyini bildirib.

Kamran Ağayev yanvarda bu kluba keçəcək - DANIŞIQLAR BAŞLADI

18 Dekabr 2017 16:30

Milli komandamızın qapıçısı Kamran Ağayev “Keşlə” klubuna transfer olacaq. Bu barədə  “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq məsələ ilə bağlı danışıqlara başlanılıb: “Klubun prezidenti Zaur Axundov transfer planları ilə bağlı daha öncə də verdiyi məlumatlarda Kamran Ağayevin transferindən söz açmışdı. Doğrudur, futbolçu ilə görüşlərə başlanılıb, ancaq hələ ki, müqavilə rəsmi olaraq imzalanmayıb.

Xeyli sayda pirotexniki vasitə aşkar olunub

18 Dekabr 2017 16:28

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Şəmkirdə 100-dən çox vətəndaş ödənişsiz tibbi müayinə edilib

18 Dekabr 2017 16:27

Mərkəzi Klinika Gəncə Xəstəxanası Şəmkirin Düyərli kəndində bir gün ərzində ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil edib. “OLAYLAR”-ın xəbərinə görə, Düyərli Kənd Xəstəxanasının binasında keçirilən aksiyadan, 100-dən çox vətəndaş peşəkar həkimlər müayinələrindən yararlanıb.