Sığorta bazarı 12%-dən çox böyüyüb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin xətti ilə 504,235 milyon manat sığorta haqqı toplanılıb.“Olaylar” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 5,9% artaraq 230,88 milyon manat təşkil edib.
18 Dekabr 2017 17:20 DünyaBu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin xətti ilə 504,235 milyon manat sığorta haqqı toplanılıb."Olaylar" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 5,9% artaraq 230,88 milyon manat təşkil edib. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,8 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 48,6 manat olub.