Azərbaycan daha 8 əcnəbiyə qaçqın statusu verdi

Ötən illərə nisbətən bu il Azərbaycana gələn əcnəbi qaçqınların sayında azalma müşahidə edilib. Azərbaycana əsasən Əfqanıstan, İran və Suriyadan qaçqın gəlib. Bu barədə saytına miqrasiya üzrə ekspert Azər Allahverənov məlumat verib.

A.Allahverənov deyib ki, Əfqanıstandan 8 nəfər qaçqın statusu alıb. Beləliklə də qaçqın status alanların sayı 67 nəfərə çatıb. Daha bir neçə nəfərin müraciətinə baxılır. Qaçqın statusu alanların əksəriyyəti İrandan gələnlərdir.

Qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinə müraciət edirlər. QAK tərəfindən onlara sığınacaq axtaran şəxs statusu verilir. Bu şəxslər qaçqın statusu almadan bu statusla ölkədə qala, gəzə bilirlər.

Ekspert deyib ki, Azərbaycana pənah gətirənlər Dövlət Miqrasiya Xidmətinin müvəqqəti saxlama sığınacağında yerlə təmin edilirlər. Onlar gündə 3 dəfə yemək, geyim və tibbi xidmətlə təmin edilirlər.

Əfqanıstan, Suriya və İran qaçqınları əsasən din, adət-ənənə baxımından Azərbaycanı seçirlər.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31