Gündəm

İndoneziyada torpaq sürüşdü - Altında qalanlar var

18 Dekabr 2017 18:27

İndoneziyanın Mərkəzi Yava əyalətində torpaq sürüşməsi baş verib. Məlumata görə, sürüşmə nəticəsində azı 8 nəfərin həlak olduğu bildirilib. Məlumata gröə, sürüşmə bölgədə ciddi fəsadlara da yol açıb.

Qazaxda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq şairi Osman

18 Dekabr 2017 18:17

Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib. Tədbir iştirakçıları əvvəlcə İkinci Şıxlı kənd məzarlığında Xalq şairi Osman Sarıvəllinin və şair Eldar Nəsiblinin qəbrlərini ziyarət ediblər. Sonra poeziya bayramı Ədəbiyyat Muzeyində davam etdirilib. Qonaqlar öncə muzeylə, Xalq şairinin kitablarından ibarət sərgi ilə tanış olublar.

Rusiya Mərkəzi Bankı 12 milyardlıq səhv etdi

18 Dekabr 2017 18:05

Rusiya Mərkəzi Bankının cari ildə ölkədən kapital axını ilə bağlı proqnozunda 12 milyard dollarlıq yanılma olub. “Gazeta.ru” il ərzində ölkədən 29 milyard dolların getdiyini yazıb.

Hindistanda "Okhi" siklonu nəticəsində azı 88 nəfər ölüb

18 Dekabr 2017 17:59

Hindistanın cənubunda və cənub-şərq sahillərində tüğyan edən "Okhi" (benqalca "göz" deməkdir - red.) güclü tropik siklonu nəticəsində azı 88 nəfər ölüb.Siklon, əsasən, Kerala, Tamil Nadu ştatlarına və ittifaq ərazisi olan Lakşadvilə ziyan vurub.

Ukraynadan dünya rekordu - Problemli kreditlərlə bağlı

18 Dekabr 2017 17:57

2017-ci ildə Ukraynanın bank sistemi problemli kreditlər üzrə dünya rekorduna imza atıb. Məlumata görə, bunu Ukrayna Milli Bankının Maliyyə Stabilliyi Departamentinin direktoru Vitali Vavrişşuk deyib.

Bakının hava limanında yeni taksi xidməti yaradılacaq

18 Dekabr 2017 17:55

Bakının hava limanında yeni taksi xidməti yaradılacaq.  Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli Trend-ə müsahibəsində bildirib ki, Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına yol infrastrukturu ilə bağlı təkliflər göndərilib.

Türkiyədə göl buz bağladı

18 Dekabr 2017 17:53

Türkiyənin şimal-şərqində yerləşən Ərdahan vilayətində güclü şaxta səbəbindən Çıldır gölü buz bağlayıb. Gölün buz bağlaması yerli və əcnəbi turistlərin marağına səbəb.

Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

18 Dekabr 2017 17:46

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Əhəd Əliyevə Prezidentin fərdi təqaüdü verilib

18 Dekabr 2017 17:39

Prezident İlham Əliyev Ə.Ə.Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  sərəncam imzalayıb.

Qusarda meşədə çürümüş kişi meyiti tapılıb

18 Dekabr 2017 17:36

Qusar rayonu ərazisində meşədə çürümüş kişi meyiti tapılıb. Məlumata görə, rayonun Mucuq kəndi ərazisində meşə massivində meyiti aşkarlanan şəxsin təxminən 50-55 yaşlarında kişi olduğu ehtimal edilir.

Elmar Məmmədyarov diplomatik missiyası başa çatmış Rusiya səfiri ilə görüşüb

18 Dekabr 2017 17:34

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-dən  verilən məlumata görə, görüşdə Azərbaycan və Rusiya arasında münasibətlərin hazırkı səviyyəsindən, yüksək səviyyəli səfərlər mübadiləsindən məmnunluq ifadə olunub.

ABŞ Türkiyəni ələ keçirməyə hazırlaşır - Vaşinqtonun GİZLİ PLANI ÜZƏ ÇIXDI

18 Dekabr 2017 17:32

Rza Zərrab işi başlanğıcdır, Amerika Türkiyəyə qarşı daha böyük bir hücuma hazırlaşır. Bu barədə türkiyəli köşə yazar Sərdar Turqut deyib. Köşə yazarı ABŞ-dakı məhkəmə işinin detalları ilə tanış olmaq imkanının olduğunu və Türkiyəyə qarşı qurulan planı gözləri ilə gördüyünü yazıb.

31 dekabrda Bakıda nələr olacaq?

18 Dekabr 2017 17:30

“Yeni ilə hazırlıqla bağlı Bulvar ərazisində iki yerdə şam ağacı qurulur. Onlardan biri “Kukla teatrı”ndan aşağı hissədə 35 metr hündürlükdə olan Bakının ən hündür “yolka”sıdır, ikincisi isə Bulvarın Şeş-beş deyilən ərazisində quraşdırılır”.

Dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə edilib

18 Dekabr 2017 17:24

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev mövzunun əhəmiyyətindən danışıb. 

Tarixi qəhrəmanlar gənclərin gözü ilə

18 Dekabr 2017 17:22

“Azərbaycanin tarixi qəhrəmanlari gənclərin gözü ilə” adlı sərgi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub.