Hindistanda "Okhi" siklonu nəticəsində azı 88 nəfər ölüb

Hindistanın cənubunda və cənub-şərq sahillərində tüğyan edən "Okhi" (benqalca "göz" deməkdir - red.) güclü tropik siklonu nəticəsində azı 88 nəfər ölüb.Siklon, əsasən, Kerala, Tamil Nadu ştatlarına və ittifaq ərazisi olan Lakşadvilə ziyan vurub.

Ölüm hallarının 70-i Keralada, 18-i Tamil Naduda qeydə alınıb. Yüzlərlə insan itkin düşüb. Siklon nəticəsində 4,5 min ev tamamilə dağılıb, 10 minə yaxın evə isə ciddi ziyan dəyib. Fəlakət nəticəsində ölkənin cənub və cənub-qərbindəki bir sıra bölgələr tamamilə elektrik enerjisiz qalıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31