Əhəd Əliyevə Prezidentin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev Ə.Ə.Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
18 Dekabr 2017 17:39 SiyasətPrezident İlham Əliyev Ə.Ə.Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. AZƏRTAC