İstanbul aeroportunda rusiyalı turistlər ciddi yoxlanılacaq - SƏBƏB?

Türkiyə İstanbul hava limanına gələn rusiyalı turistlər üzərində nəzarəti gücləndirəcək. Məlumata görə, bununla bağlı qərar ötən ay Soçidə baş tutmuş Rusiya və Türkiyə prezidentlərinin görüşündə qəbul edilib.

Qeyd olunur ki, rusiyalı turistlər üzərində sərhəd nəzarətinin gücləndirilməsi onların təhlükəsizliyinin təmin olunması və iki ölkə arasında münasibətlərin normallaşmasından sonra baş verə biləcək terror aktlarının qarşısnın alınması məqsədilə gücləndirilir.

Qərara əsasən rusiyalı turistlər pasport nəzarətini keçdikdən sonra daha iki yoxlama məntəqəsini keçməli olacaqlar. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31