Şəmkirdə 100-dən çox vətəndaş ödənişsiz tibbi müayinə edilib

Mərkəzi Klinika Gəncə Xəstəxanası Şəmkirin Düyərli kəndində bir gün ərzində ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil edib. “OLAYLAR”-ın xəbərinə görə, Düyərli Kənd Xəstəxanasının binasında keçirilən aksiyadan, 100-dən çox vətəndaş peşəkar həkimlər müayinələrindən yararlanıb.

Mərkəzi Klinika Gəncə Xəstəxanası Şəmkirin Düyərli kəndində bir gün ərzində ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil edib. "OLAYLAR"-ın xəbərinə görə, Düyərli Kənd Xəstəxanasının binasında keçirilən aksiyadan, 100-dən çox vətəndaş peşəkar həkimlər müayinələrindən yararlanıb. Aksiyada iştirak edən kənd sakinləri terapevt, kardioloq, nefroloq, ginekoloq, pediatr, oftalmoloq, nevroloq həkimlərin müayinəsindən keçiblər.
Həkim tərəfindən diaqnostik müayinələri aparmaq üçün EKQ, USM, Portatip Exokardioqraf, Şəkər və sairə diaqnostik aparatlar təşkil edilib. 
MKGX-ın Səyyar Tibbi Xidmətin əsas məqsədi, əhali arasında profilaktik müayinə mədəniyyətinin, sağlam həyat tərzinin təbliği, əsasən aztəminatlı və ehtiyacı olan vətəndaşlara ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.
Qeyd edək ki, MKGX-sı bu cür müayinə aksiyalarını mütəmadi olaraq keçirməyi nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31