Qəzzafinin oğlu prezidentliyə namizədliyini irəli sürəcək

Liviyanın öldürülən keçmiş prezidenti Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkilərində iştirak etmək niyyətindədir.

Liviyanın öldürülən keçmiş prezidenti Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkilərində iştirak etmək niyyətindədir.

Bunu "Egypt Today" nəşrinə Seyf əl-İslamın nümayəndəsi Basem əl-Həşimi əl-Sül deyib. Onun sözlərinə görə, Seyf əl-İslam Qəddafi 2018-ci ilin ortalarında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.

O, qeyd edib ki, Seyf əl-İslam Qəddafi ölkədə sabitlik və təhlükəsizliyi təmin etmək niyyətindədir. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31