Rusiya Kamçatkada yeni ordu yaradır
Rusiyanın Kamçatka bölgəsində Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələrindən ibarət yeni ordu yaradılacaq. Məlumata görə, bu məqsədlə Rusiyanın Sakit okean donanmasının Hava Hücumundan Müdafiə qüvvələri və dəniz aviasiyası birləşdiriləcək və bu qoşunların qərargahı Kamçatkada yerləşdiriləcək.
18 Dekabr 2017 16:13 DünyaRusiyanın Kamçatka bölgəsində Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələrindən ibarət yeni ordu yaradılacaq. Məlumata görə, bu məqsədlə Rusiyanın Sakit okean donanmasının Hava Hücumundan Müdafiə qüvvələri və dəniz aviasiyası birləşdiriləcək və bu qoşunların qərargahı Kamçatkada yerləşdiriləcək.
Kamçatka, Çukotka və Arktika regionunda hava təhlükəsizliyinə nəzarət edəcək ordunun yaradılmasına 2018-ci ildə başlanılacaq. Virtualaz.org