"Zamanın Tələbi- İslam Həmrəyliyi" adlı konfrans keçirilib

Bakıda "Zamanın Tələbi- İslam Həmrəyliyi" adlı konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, "Gənclərin Mənəvi İnkişafı" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan konfransda günümüzdə İslam dininə zidd olan əməl və hərəkətlərin din adına bağlanmasına edilən cəhdlər, bunun qarşısının alınmasının yolları, xurafatçılığa qarşı mübarizə, eləcə də Azərbaycanın İslam Həmrəyliyinə verdiyi töhfələrdən söhbət açılıb.

Bakıda "Zamanın Tələbi- İslam Həmrəyliyi" adlı konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "Gənclərin Mənəvi İnkişafı" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan konfransda günümüzdə İslam dininə zidd olan əməl və hərəkətlərin din adına bağlanmasına edilən cəhdlər, bunun qarşısının alınmasının yolları, xurafatçılığa qarşı mübarizə, eləcə də Azərbaycanın İslam Həmrəyliyinə verdiyi töhfələrdən söhbət açılıb.

Konfransda "Gənclərin Mənəvi İnkişafı2 İctimai Birliyinin sədri Ramiq Vəliyev "Radikalizm və Xurafat təhlükəsi: Həll yolu Quran əxlaqı" mövzusunda çıxış edib. Natiq İslamın radikallıqdan uzaq olduğunu diqqətə çatdırıb. Bildirib ki, bir çoxları, Qərbdəki bəlli dairələr İslama zərbə vurmaq üçün onu radikallığa bağlayırlar. Daha sonra ensonxeber.az saytının baş redaktoru Savalan Məmmədli "İslamofobiyanın ideoloji əsasları", İctimai Birliyin sədr müavini Aysel Vəliyeva "Müsəlman miqrantlara qarşı Qərbin ikili standartları" və Təbiət Elmləri İctimai Birliyinin sədri Rövşən Əkbərov "İslam dünyasının xilası-Həmrəylik" mövzularında məruzələrlə çıxış ediblər. Sonra konfrans müzalkirələrlə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31