Müsavat partiyasının inkişafı üçün Arif Hacılı başqanlıqdan getməlidir

"Müsavat partiyasında istefalar və fikir ayrılıqları bir əsrlik bir partiyanın parçalanmasına və xalq tərəfindən etimadının azalmasına səbəb olub. Bu gün Musavat partiyası özünün çöküşünü yaşamaqla, Azərbaycan siyasətində mövqeyini zəiflədib".

"Müsavat partiyasında istefalar və fikir ayrılıqları bir əsrlik bir partiyanın parçalanmasına və xalq tərəfindən etimadının azalmasına səbəb olub. Bu gün Musavat partiyası özünün çöküşünü yaşamaqla, Azərbaycan siyasətində mövqeyini zəiflədib". "OLAYLAR xəbər verir ki, bu fikirləri AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Müsavatın bu duruma gəlməsi partiya rəhbərliyinin qeyri-müəyyən siyasəti, digər üzvülərə qarşı dözümsüz yanaşmasından irəli gəlir: "Müsavat partiyasında İsa Qəmbərin başqanlıqdan getməsi ilə intriqalar və parçalanmalar davam edir. İsa Qəmbər partiya başqanlığına gələrsə, müəyyən problemlərə son verə bilər. Partiyanın rəhbər strukturlarında olanlar, hazırda Arif Hacılıya görə deyil, məhz İsa Qəmbərə görə fəaliyyətlərini davam etdirir". Partiya rəsmisi deyib ki, Müsavat partiyasının inkişafı üçün Arif Hacılının başqanlıqdan getməsi əsas piroritetdi: "Bundan sonra partiyada müsbət tendesiyalar baş vbilər. Müsavat başqanlığına İsa Qəmbərin qayıtması üçün zəmin hazırlanması da istisna deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31