Gündəm

ADU-nun Filologiya və Jurnalistika fakultəsi Hərbi Akademiyada

29 Dekabr 2017 16:17

Qloballaşan dünyada xarici dillərdən birinə, əsasən də ingilis dilinə yiyələnmək, bu dilin vasitəsiylə Azərbaycanı beynəlxalq arenada təmsil etmək, ölkənin mənafeyini qorumaq çox vacib məsələlərdir. Bu məqsədlə Hərbi Akademiyanın Xarici dil və tərəfdaşlıq mərkəzində hər il xarici dil kursları və sertifikatlaşdırma imtahanları təşkil edilir. Belə silsilə tədbirlərdən biri, NATO-nun hərbidə İELTS və TOFFEL imtahanlarına bərabər tutulan STANAG 6001 (Standardized Agreement) testləridir. Silahlı Qüvvələrin Hərbi Akademiyasında fəaliyyət göstərən STaNaG ingilis dili test komissiyası imtahan üçün hazırlanmış sualların müfəssəlliyi və dəqiqliyinin sınaqdan keçirilməsi məqsədilə Azərbaycan Dillər Universitetinə müraciət etmişdir.

33 qəzetin layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edildi

29 Dekabr 2017 16:18

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

Ucar sakinlərinidən sənədsiz ov tüfəngi götürülüb

29 Dekabr 2017 16:10

Ucar rayon sakinlərindən sənədləri olmayan odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ucar RPŞ-nin əməkdaşları tərəfindən Əlikənd kənd sakinləri Seymur Hacıyev və Fəda Yusifovdan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri götürülmüşdür. Araşdırma aparılır.

Evdən 5 min matat aparan yeniyetmə tutulub

29 Dekabr 2017 16:09

Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 5000 manat və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Baharlı qəsəbə sakini olan 1 yeniyetmə saxlanılmışdır.

Bank hesabından pul oğurlayan ələ keçib

29 Dekabr 2017 16:07

Qubada bank hesabından pul oğurlayan şəxs ələ keçib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 26-da Əlimusa Ədilovun bank hesabından 1300 manat oğurlamaqda şübhəli bilinən Səbətlər kənd sakini İsmət Şahbazov saxlanılmışdır.

Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə görüş keçirilib

29 Dekabr 2017 16:02

Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin üzvləri, həmçinin gözdən əlillər, və müxtəlif səbəblərdən əlil olmuş insanlar, saglamlıq imkanı məhdud olan şəxslərin iştirakı ilə tədbir keçirilib. “Olaylar” xəbər verir ki, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıblar.

Ucarın 11 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb 

29 Dekabr 2017 15:47

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Ucar rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. “OLAYLAR”-a “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, layihə çərçivəsində rayonun. 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

Ciddi nöqsanlara görə işdən azad olunmuş R.Əzizov sosial şəbəkələrdə özünə haqq qazandırmağa çalışır

29 Dekabr 2017 15:45

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyətindəki ciddi nöqsanlara görə aparılmış məktəbdaxili araşdırma nəticəsində işdən azad olunmasına münasibət bildirib. “OLAYLAR”-ın xəbərinə görə, BŞTİ-nin məlumatında qeyd olunur ki, bir müddət öncə liseyin rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti və davranış uyğunsuzluğu ilə bağlı müvafiq daxili araşdırma aparılıb. Müəllimin pedaqoji-metodiki səviyyəsi, ünsiyyət və davranış psixologiyası ətraflı öyrənilib. Eyni zamanda məktəb rəhbərliyi və fənn metodbirləşmə sədri tərəfindən Rövşən Əzizovun dərs dediyi siniflərdə tədrisin səviyyəsi izlənilib və bu barədə müvafiq rəylər müəllimə bildirilib.

Parlamentdən Gürcüstanın baş nazirinin bəyanatına etiraz

29 Dekabr 2017 15:42

Milli Məclisin dekabrın 29-da keçirilən sonuncu plenar iclasında millət vəkilləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyü barədə verdiyi bəyanata ciddi etiraz edib.

Ac qalan canavarlar iti belə yedilər

29 Dekabr 2017 15:40

Türkiyənin Ərzurum şəhərində ac qalan canavarlar sahibsiz iti yeyiblər. Hadisə şəhərin Karayazı rayon qəbirstanlığı yaxınında gecə saatlarında baş verib. Şiddətli qar səbəbi ilə ac qalan 8 qurd qaçmağa çalışan iti saniyələr içində parçalayıb, yeyib.

Misirdə terror aktının qarşısı alınıb - 2 polis ölüb

29 Dekabr 2017 15:34

Misirin paytaxtı Qahirədə terror aktının qarşısını almağa çalışarkən iki polis əməkdaşı həlak olub. Məlumata görə, silahlı şəxslər kilsəyə hücum etməyə cəhd göstərib. Hücum edənlərdən biri zərərsizləşdirilib.

Piyadanı vurub aradan çıxan sürücü saxlanıb

29 Dekabr 2017 15:32

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 23-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Pərviz Məmmədov vurulmuşdur. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş, ona ilkin tibbi yardım göstərilmişdir.

Bu il paytaxt məktəblilərindən 25 nəfər qızıl medal alıb

29 Dekabr 2017 15:30

Cari ildə Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 5 nəfər məzunu imtahan zamanı bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb. Təhsil İdarəsindən “OLAYLAR”-a daxil olan məlumatda bildirilib ki, bir sıraməktəblərin məzunları isə qızıl və gümüş medallarla təltif olunub. 

BNA göstəriş verdi, avtobuslar gecə saat 1-ə qədər işləyəcək

29 Dekabr 2017 15:26

Bakı Nəqliyyat Agentliyi bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.

Yol polisi bayramla əlaqədar sürücülərə xəbərdarlıq edib

29 Dekabr 2017 15:24

Baş Dövlət Yol Polisi İdarəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı sürücülərə və digər yol hərəkəti iştirakçılarına müraciət edib. İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev  bildirib ki, bayram günləri ilə əlaqədar, DİN rəhbərliyinin göstərişinə əsasən, daxili işlər orqanlarının, o cümlədən Dövlət Yol Polisinin bütün şəxsi heyəti dekabrın 31-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində çalışacaq: “Küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi təkcə şəhər və rayonlararası yollarda deyil, bütün yerli əhəmiyyətli yollarda da nəzarəti gücləndirəcək.