Rumıniya təkrar emal olunmuş materiallardan hazırlanmış ən uzun masa üzrə dünya rekordunu qırdı- ÖZƏL

12 sentyabrda 20.000 Buxarest sakini Ginnesin Rekordlar Kitabına düşmək və uşaq xəstəxanasının tikintisi üçün pul toplamaq məqsədilə beş kilometrlik masanın ətrafında toplaşıb. Olaylar.az xəbər verir ki, bu barədə "The Washington Post " (WP) qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, "Birləşmə Masası" adlandırılan tədbir Rumıniya paytaxtının mərkəzində baş tutub və xeyriyyə tədbiri olub. Tədbir başa çatdıqdan sonra təşkilatçılar "təkrar emal olunmuş materiallardan hazırlanmış ən uzun masa" üçün Ginnesin Rekordlar Kitabından sertifikat alıblar. Onlar həmçinin Rumıniyanın ilk uşaq psixiatriya xəstəxanasının tikintisi üçün vəsait toplayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31