Gündəm

Türkiyə və Rusiya arasında S-400 komplekslərinin tədarükü üçün kredit sazişi imzalanıb

29 Dekabr 2017 15:11

Ankarada Türkiyə və Rusiya arasında S-400 zenit-raket komplekslərinin tədarükü üçün kredit razılaşması imzalanıb. Bu barədə TRT məlumat yayıb. 

Prezident “Yanardağ” qoruğunda olub

29 Dekabr 2017 15:08

Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb. Məlumata görə, qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib.

Bakıda nazir müavininin KÜRƏKƏNİ ntihar etdi - Külli miqdarda borcu olub

29 Dekabr 2017 15:06

Dekabrın 27-də, axşam saatlarında Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. 1987-ci il təvəllüdlü paytaxt sakiniƏliyev Elvin Əzizoğlu özünü asıb. İlkin səbəblərə görə, o, külli miqdarda borcu olduğuna görə intihar edib.

Səudiyyə planı baş tutmadı - ABŞ və İsrailin VARİANTLARI

29 Dekabr 2017 15:03

“ABŞ və İsrailin İrana qarşı əməkdaşlıq haqqında məxfi razılaşma bağlaması İranın regionda həyata keçirdiyi siyasətə heç vaxt təsir etməyəcək”. Bunu Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin direktoru Aleksey Podberyozkin “RİA-Novosti” agentliyinə açıqlamasında deyib.

Ağstafada ŞOK OLAY: Gəncə sakinini öldürüb, MAŞININI YANDIRDILAR

29 Dekabr 2017 15:04

Ağstafada dəhşətli qətl törədilib. Hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib. S.Əliyevin qətlə yetirildiyi məlum olub.

Prezident Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında- YENİLƏNİB

29 Dekabr 2017 14:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib.

Yeni sahibkarlıq növünün yaradılması təsdiqləndi

29 Dekabr 2017 14:55

Azərbaycanda sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü aparılacaq. “Olaylar” ın məlumatına görə,bununla bağlı “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Raket səhvən binaya çırpıldı

29 Dekabr 2017 14:53

İsrail ordusu Qəzza şəhərinə 3 raket zərbəsi endirib. Olaylar.az bildirir ki, raketlərin ikisi havadan müdafiə sistemi ilə dəf edilib. Raketlərdən digəri isə bir binaya çırpılıb.

“Çoxdəfəlik vizalar da elektron formada veriləcək”

29 Dekabr 2017 14:53

“Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə elektron qaydada viza verilir və bunun müddəti 30 gündür”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində dəyişiklik edilməsindən danışarkən deyib.

Komitə sədri: “Dünya artıq Azərbaycanı idman ölkəsi kimi tanıyır”

29 Dekabr 2017 14:52

“2017-ci ildə Azərbaycan parlamentində çox ciddi işlər görülüb. Biz bu il müxtəlif dövlət orqanları vasitəsilə beynəlxalq təşkilatlarla münasibətlərimizi daha da gücləndirmişik, ikitərəfli və çoxtərəfli görüşlərimizdə Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə nail olmuşuq. Azərbaycanda həyata keçirilən islahatlar gənclər və idman sahəsini də əhatə edib”.

Bələdiyyələrin statusu dəyişdi

29 Dekabr 2017 14:50

Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarına dəyişiklik layihələrinə baxılıb. “Olaylar” xəbər verir ki, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, bələdiyyələr qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə yardım göstərəcək. Qanunun 4-cü (Yerli sosial müdafiə və sosial inkişaf proqramları) 2-ci hissəsinə edilən əlavəyə əsasən, qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.

Azərbaycan ordusu haqqında qanun layihəsi hazırlanacaq

29 Dekabr 2017 14:48

“Azərbaycan Ordusu haqqında” yeni qanun layihəsi hazırlanacaq. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Vitse-spiker bildirib ki, yaxın gələcəkdə “Azərbaycan Ordusu haqqında” yeni qanun layihəsi hazırlanacaq.

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

29 Dekabr 2017 14:47

Azərbaycan Milli Məclisinin payız sessiyası başa çatıb.“Olaylar” xəbər verir ki, parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında 19 məsələyə baxılıb.

Əlillər pullu təhsildən azad edilsin

29 Dekabr 2017 14:46

Deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında əlillərin ödənişli ali təhsildən azad edilməsi məsələsini qaldırıb.“Olaylar” ın məlumatına görə, Q. Paşayeva bildirib ki, ötən gün qarşıdan gələn bayramlar münasibət ilə bir qrup fiziki imkanları məhdud şəxslərlə onlar üçün keçirilən bayram tədbirində görüşüb: “Orda iştirak edən və ödənişli ali təhsil alan fiziki imkanları məhdud gənclər, əlillərin hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan təşkilatların rəsmiləri ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsini xahiş ediblər”.

Diaspora fəalları Heydər Əliyevin məzarını ziyarət edib

29 Dekabr 2017 14:44

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup diaspor nümayəndəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “OLAYLAR”-a daxil olan məlumata görə, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri ümumilli liderin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.