Qarabağ və Şərqi Zəngəzurda yeni həyat modeli formalaşdırılır- ÖZƏL
14:32 Siyasət"Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən dirçəlişi həm də Azərbaycanın sülhün, quruculuğun və inkişafın təminatçısı kimi mövqeyini nümayiş etdirir. Vaxtilə dağıntı və məcburi köçkünlük ilə assosiasiya olunan bu ərazilər bu gün quruculuq, təhlükəsizlik, yaşıl enerji, rəqəmsal texnologiyalar və yeni iqtisadi imkanlar məkanıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib: "Burada yalnız dağıdılmış şəhər və kəndlər bərpa olunmur, müasir, dayanıqlı və gələcəyə hesablanmış yeni həyat modeli formalaşdırılır. Ən mühüm məqam isə budur ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesi sadəcə tikinti prosesi deyil. Bu, insanların öz doğma torpaqlarına qayıdışı, həyatın, iqtisadi fəaliyyətin və sosial rifahın yenidən bərpasıdır. Başqa sözlə, burada Azərbaycanın Zəfəri artıq yeni mərhələdə - sülh, quruculuq və davamlı inkişaf mərhələsində öz real nəticələrini göstərir.
Prezident İlham Əliyevin dövlətçiliyimizin daha da möhkəmləndirilməsi strategiyası Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsini Azərbaycanın davamlı inkişafının və regionda sülhün möhkəmləndirilməsinin əsas istiqamətlərindən birinə çevirir"