Kreml Trampın Zelenskiyə müraciətini müsbət qarşılayıb – ÖZƏL
15:33 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Kiyevə Rusiya energetika infrastrukturuna zərbələri dayandırmaq barədə çağırışını şərh edib. Peskov Kremlyin dinc iqtisadi obyektlərə hücumların dayandırılması ilə bağlı istənilən çağırışı yalnız alqışladığını bildirib.
Əvvəlki açıqlamasında Tramp dizel yanacağı qıtlığını Ukraynanın Rusiyanın energetika obyektlərinə etdiyi hücumlarla əlaqələndirib və Vladimir Zelenskidən dizel istehsal edən zavodlara zərbələri dayandırmağı tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31