Diaspora fəalları Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup diaspor nümayəndəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “OLAYLAR”-a daxil olan məlumata görə, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri ümumilli liderin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.
29 Dekabr 2017 14:44 SosialAzərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup diaspor nümayəndəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib. "OLAYLAR"-a daxil olan məlumata görə, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri ümumilli liderin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.
Ziyarətdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, 1991-ci ilin dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi haqqında qərar qəbul edib. Həmin ildən etibarən 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunur.