Prezident İlham Əliyev Azərbaycanı qalib dövlətə çevirib- ÖZƏL
15:28 Siyasət"YAP tarixi zərurətdən yaranan siyasi partiya olaraq qarşıya qoyduğu missiyanı şərəflə yetirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bu missiyaya müstəqil dövlət quruculuğu, demokratik ənənələrin inkişafı və digər məsələlər daxil idi. Yeni Azərbaycan Partiyası bütün mərhələlərdə uğurla fəaliyyət göstərib, özünü qələbələr partiyası kimi təsdiqləyib. Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycanı Prezident, Ali Baş Komandan İlham Əliyev qalib dövlətə çevirib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31