Gündəm
Spiker deputatları təbrik etdi
Milli Məclisin spikeri Oqtay Əsədov deputat həmkarlarını jurnalistlərlə keçirilən futbol oyununda qalib gəldikləri üçün təbrik edib. “Olaylar” xəbər verir ki, spiker həmkarlarına uğurlar arzu edib və bu ənənənin davam etdirilməli olduğunu deyib.
Milli qəhrəmanın anım günü keçirilib
Dekabrın 29-da Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman Çingiz Qurbanovun anım günü keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbirdə universitet rəhbərliyi, ictimaiyyət nümayəndələri, müəllimlər, tələbələr, eləcə də Çingizin qrup yoldaşları olan məzunlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Çingiz Qurbanovun oxuduğu Xüsusi texnika və texnologiya fakültəsində olublar. Burada Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan stenttə baxış keçirilib. Stentdə qəhrəmanın təhsil aldığı müddətdə çəkilən fotoşəkilləri, onun diplom işi, öz əlyazmaları nümayiş etdirilib.
Deputat: “AXC-nin yaradılmasının 100 illiyi ilə bağlı hazırlıq işləri çox ləng gedir”
“AXC-nin yaradılmasının 100 illiyi ilə bağlı aparılan hazırlıq işləri çox ləng gedir və hiss olunacaq səviyyədə deyil”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı Fazil Mustafa deyib. O qeyd edib ki, bununla bağlı ciddi bir film çəkilmədi, kitab çap olunmadı: “Heç olmasa 2018-ci ildə bu işlərə diqqət yetirilsin. Xüsusən də film çəkilişi məsələsinə diqqət yetirilsin. Çünki nəticədə 100 illik yubileylə bağlı məsələdə Ermənistan və Gürcüstandan geri qala bilərik”.
Səməd Seyidov: “Bu məsələdə Azərbaycanla Türkmənistan bir mövqe nümayiş etdirir”
“Azərbaycan Avropa Birliyinə daxil olan 9 dövlətlə strateji partnyoruluğu təsdiq edib. Bizim region dövlətlərindən Gürcüstanla strateji partnyorluq səviyyəsində münasibətlərimiz var. Bu silsiləyə qardaş ölkə Türkmənistanın da daxil olması müsbət haldır”.
Yeni il gecəsi 7 min 344 polis iş başında olacaq
Türkiyənin Ankara şəhərinin meri Topaca yeni il gecəsində insanlara xidmət edəcək təhlükəsizlik qüvvələrinin sayını açıqlayıb. Olaylar.az bildirir ki, mer 7 min 344 polis və 2 min 400 jandarmnın yeni il gecəsi asayişi qoruyacağı açıqlayıb.
Rusiya Azərbaycan sərhədinə qədər uzanan federal yolun adını dəyişdi
2018-ci ilin 1 yanvar tarixindən etibarən Rusiya federal yollarının nömrələri dəyişdiriləcək, çünki "avtomobil yollarının yeni uçot nömrələrinə keçid başa çatacaq". Bu barədə Rusiyanın Federal Yol Agentliyinin məlumatında bildirilir. Dəyişikliklərə əsasən, Krasnodardan Azərbaycanla sərhədə qədər uzanan "Qafqaz" M-29 yolu bundan sonra "Qafqaz" — R-217 adlanacaq. "R" işarəsi Rusiya Federasiyasının inzibati mərkəzlərini birləşdirən federal və regional əhəmiyyətli yollar üçün istifadə olunacaq. Dəyişikliklər bütün federal yollara toxunacaq.
Ərdoğan: "Bu adamı nə qudurdub? Əlbəttə, neft və pul..."
"Express" qəzeti yazır ki, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında son vaxtlar gərginlik yaşansa da, BƏƏ xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nəhyanın göndərdiyi bir tvit Ankaranı hiddətləndirib.
İcra başçıları sahibkarları incidirlər
“Bəzi icra başçıları yerlərdəki sahibkarları incidirlər. Onlara dəstək verilmir. İcra başçıları sahibkarlardan tikinti materialları və sair alırlar. Amma daha sonra isə həmin materialların pulunu ödəmirlər. Belə olan halda isə sahibkarlar pis vəziyyətdə qalırlar. Çox təəssüflər olsun ki, bu barədə bizə müraciətlər daxil olur”.
Deputat telekanal rəhbərlərini ittiham etdi
Milli Məclisin dekabrın 29-da keçirilən iclasında çıxış edən deputat Musa Qasımlı telekanal rəhbərlərini Azərbaycanın milli qəhrəmanlarını, dahilərini və tarixi abidələrini şühbə altına alan verilişlər verməkdə ittiham edib.
Bakcell Yeni İl ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırır
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Yeni il ərəfəsində “ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” layihəsinə qatıldı.
İranda qadınların geyimi ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR
İranda İslam qaydalarına uyğun geyinməyən qadınlar artıq həbs edilməyəcək. Bu barədə Tehranın polis rəisi general Hüseyn Rahim deyib. O bildirib ki, qaydalara uyğun geyinməyən qadınlar məcburi kursdan keçiriləcək: “Həmin qadınlar təcridxanaya aparılmayacaq, barələrində iş qaldırılmayacaq”. İranın “Tasnim” xəbər agentliyinin yaydığı xəbərə görə isə məcburi kurslara cəlb edilən qadınlar bundan sonra da islami qaydada yaxşı örtünməsələr, cəzalandırılacaqlar.
“Mançester Yunayted”dən Dibala üçün DODAQUÇUQLADAN TƏKLİF
“Mançester Yunayted” “Yuventus”un argentinalı ulduzu Poulo Dibalanı transfer etmək niyyətindədir. İngilislər Dibalanın transfer hüququ qarşılığında 80 milyon avro və Henrix Miktaryan təklif edəcək. “Yuventus” isə argentinalı ulduzu üçün 100 milyon avro tələb edir. “Mançester Yunayted” mövsüm fasiləsində transfer pəncərəsi açılan kimi italiyanlara rəsmi təklif göndərəcək.
Qadınlara qarşı zorakılıq halları və onun doğurduğu fəsadlar
Son illərdə istər cəmiyyətdə, istərsə də dini aspektdə radikallığın artması qadınlara qarşı münasibətdə özünü daha qbarıq şəkildə büruzə verir. “Cənnət anaların ayaqları altındadır” qadınlar ya hansısa radikal dini qruplaşmaların köləsi rolunu oynayır, ya da müxtəlif cəmiyyətlərdə qadınlara qarşı zorakılıq halları artır. Bir qayda olaraq isə qadınlar ailə daxilində, həyat yoldaşları tərəfindən zorakılığa məruz qalırlar.
2017-cı ildə Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib
Cari ilin yekunları ilə əlaqədar açıqlanan statistik göstəricilər, eləcə də il ərzində müxtəlif sahələrdə, istər siyasi, istər iqtisadi, istərsə də sosial və humanitar sahələrdə qazanılan uğurlar onu deməyə əsas verir ki, başa vurduğumuz 2017-ci il ölkəmiz üçün kifayət qədər uğurlu oldu. Əldə edilən müsbət dinamika növbəti ilin də Azərbaycan üçün uğurlu olacağını söyləməyə əsas verir.
Gələn il Qarabağ məsələsində irəliləyişə ümidlər çoxdur
2017-ci ilin başa çatmasına sayılı günlər qalır. Ancaq 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu il də həll olunmamış vəziyyətdə qaldı. İşğalçı və təcavüzkar Ermənistanın destruktiv mövqeyi üzündən Qarabağ münaqişəsinin sülh və danlışıqlar yolu ilə həlli prosesi 2017-ci ildə də nəticəsiz durumdadır. Münaqişənin həllində bir il də itirilmiş sayıla bilər.














