Deputat: “AXC-nin yaradılmasının 100 illiyi ilə bağlı hazırlıq işləri çox ləng gedir”

“AXC-nin yaradılmasının 100 illiyi ilə bağlı aparılan hazırlıq işləri çox ləng gedir və hiss olunacaq səviyyədə deyil”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı Fazil Mustafa deyib. O qeyd edib ki, bununla bağlı ciddi bir film çəkilmədi, kitab çap olunmadı: “Heç olmasa 2018-ci ildə bu işlərə diqqət yetirilsin. Xüsusən də film çəkilişi məsələsinə diqqət yetirilsin. Çünki nəticədə 100 illik yubileylə bağlı məsələdə Ermənistan və Gürcüstandan geri qala bilərik”.

"AXC-nin yaradılmasının 100 illiyi ilə bağlı aparılan hazırlıq işləri çox ləng gedir və hiss olunacaq səviyyədə deyil". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı Fazil Mustafa deyib. O qeyd edib ki, bununla bağlı ciddi bir film çəkilmədi, kitab çap olunmadı: "Heç olmasa 2018-ci ildə bu işlərə diqqət yetirilsin. Xüsusən də film çəkilişi məsələsinə diqqət yetirilsin. Çünki nəticədə 100 illik yubileylə bağlı məsələdə Ermənistan və Gürcüstandan geri qala bilərik". Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələ ilə bağlı ölkə başçısının sərəncamı var və müvafiq qurumlar iş görür: "Zamanı çatanda işlərin nəticəsini görəcəyik. Gələn ilin iyun ayınadək Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31