Gündəm
Çində hava çirkləndi: göz-gözü görmür
Çində hava çirklənməsi səbəbindən ən yüksək səviyyədə "narıncı həyəcan" siqnalı verilib. Çin Meteorologiya Mərkəzi tərəfindan edilən xəbərdarlıqda görmə məsafəsinin 100 metr və daha aşağı düşəcəyi bildirilir. Eyni zamanda, təhlükəsizlik tədbirlərinin artırılması tələb olunur.
Ermənistanda maaş ala bilməyən fəhlələr şantaj edilir
Ermənistanın Nairiti zavodunun əməkdaşları Avropa İnsan Hüquqları məhkəməsinə müraciət edəcək. Məlumata görə, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, Nairiti zavodunun fəhlələrinin etiraz aksiyaları keçirdikləri müddət ərzində Ermənistanda 3 baş nazir dəyişib. Ancaq fəhlələrin problemi və tələbləri dəyişməz olaraq qalıb.
Qəhrəman elan edilən zabitdən şok etiraf: FETÖ üzvüyəm...
Türkiyədə 15 iyul çevriliş cəhdi zamanı xəyanətkar əsgərlərə müqavimət göstərməsi səbəbi ilə qəhrəman elan edilən və medalla mükafatlandırılan Quru Qüvvələri komandanı general Yaşar Gülərin mühafizə xidmətinin rəhbəri kapitan Burak Akın polisə təslim olub.
Lavrov: “Çalışırıq, amma yapon imperatorunu devirə bilmirik...”
Moskva 2017-ci il ərzində bir çox xarici dövlətlərin daxili işlərinə təsir etmək üçün çox “əmək sərf edib”. Bu zarafatı NTV televiziyasında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov edib. Televiziyanın aparıcısı Lavrova zarafatla müraciət edərək, ondan bir sıra ölkələrdəki seçkiyə Rusiyanın müdaxiləsini və bundan sonra da Moskvanın bu siyasəti davam etdirib-etdirməyəcəyini soruşub. Lavrov zarafata cavabında “Təkcə Yaponiya imperatorunu devirə bilmirik” deyib:
Nazir tanınmış saatsazın komandir oğlunu işdən çıxardı
Tanınmış saatsazın polis oğlu işdən çıxarılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ceyhun Fətəliyev tutduğu vəzifədən azad edilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, C. Fətəliyev xidməti avtomobili ilə yol qəzası törətdiyi üçün işdən çıxarılıb.
Qaradağda mənşəyi bilinməyən heyvan əti aşkar edilib
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində “Geely” markalı avtomobil şübhə doğurduğundan saxlanılıb.
Bakı sakinləri ulduz falına inanırlarmı? - SORĞU
Yeni il insanlara yeni ümidlər gətirir. Hər kəs bu bayram ərəfəsində yeni ildən bir başlanğıc, bir yenilik umur. Kim Yeni il süfrəsi üçün müxtəlif təamlar hazırlayır, kim yaxınlarına bayram hədiyyələri alır, kim isə "əsas" işlə - qarşıdan gələn ilin qoroskopunu oxuyur. Bəs, ümumiyyətlə paytaxt əhli qoroskopa inanırmı?
“Azərbaycan Silahlı Qüvvələri haqqında” yeni qanun qəbul edildi
Milli Məclisin dekabrın 29-da keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılıb.
Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı məhdudiyyət aradan qaldırıldı
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qanuna dəyişiklik layihəsinə baxılıb.
Fazil Mustafa: “Ölkədən maliyyə axını iqtisadiyyata mənfi təsir edə bilər”
“2017-ci ildə dünyada qlobal iqtisadi-maliyyə böhranı davam etdiyi bir zamanda Azərbaycan bu kataklizmlərdən özünü qoruya bildi. Lakin daxili siyasətdə problemlər mövcuddur”.
Naxçıvan Ali Məhkəməsinə ömürlük hakim təyin edildi
Dükabrın 29-da keçirilən Milli Məclisin plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi məsələsinə baxılıb. “Olaylar” xəbər verir ki, Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclis qərara alıb ki, 2018-ci il yanvarın 22-də səlahiyyət müddəti bitən Qabil Neymət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.
Spikerdən Rusiyada yaşayan soydaşlarımıza tövsiyyə: azərbaycanlılar verilişlərdə iştirak etməlidir
“Rusiyada yaşayan, işləyən azərbaycanlıların sayı kifayət qədər çoxdur. Amma hansı televiziya kanalı açırsan, verilişlərdə ermənilər iştirak edir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
Spiker: “Bəzi qüvvələr Azərbaycan-Gürcüstan müttəfiqliyini pozmaq istəyir”
“Azərbaycan ən çətin vaxtlarda Gürcüstana kömək edib. Ola bilər, kimlərsə bu müttəfiqliyi pozmaq istəyirlər”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
XIX əsrə aid əl tərəzisi
AMEA Milli Azərbaycan Tarixi Muzeyinə etnoqrafik məişət əşyası daxil olub. Bu, məişətimizdə geniş istifadə olunan əl tərəzisidir. Olaylar.az bildirir ki, XIX əsrin sonu - XX əsrin əvvəlinə aid edilən əl tərəzisi ölçü vahidi kimi müxtəlif məqsədlərlə işlədilib. Dirək formasında olan tərəzi bürüncdəndir, bir tərəfində yoğun tutacağı var.
Daşkənddə Azərbaycanı təbliğ edən fəallar mükafatlandırılıb
Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan mərasim dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramına həsr olunub. Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, elm, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, tələbələr, jurnalistlər iştirak ediblər.














.jpg)