Gündəm
29 nəfər xarici vətəndaş saxlanıldı
Türkiyənin paytaxtı Ankara şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. Olaylar.az bildirir ki, əməliyyat zamanı 46 şübhəli şəxs saxlanılıb. Saxlanılan 29 nəfər xarici vətəndaşdı.
Azərbaycan və Türkiyənin sağlamlıq imkanları məhdud gənclərdən ibarət komandaları qarşılaşıb
Bakıda Azərbaycan və Türkiyənin sağlamlıq imkanları məhdud gənclərdən ibarət milli komandaları arasında boccia idman növü üzrə 4 kateqoriya üzrə yoldaşlıq görüşü təşkil olunub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev və digər şəxslər iştirak ediblər.
Akademik Cəmil Quliyevin 90 illik yubileyi keçirilib
Dekabrın 29-da akademik Cəmil Quliyevin (1927-2010) 90 illik yubileyi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, tədbirin təşkilatçıları AMEA-nın Rəyasət Heyəti və Tarix İnstitutudur.
Təhsil Nazirliyi Azərbaycan Tibb Universitetini 5 illik müddətə akkreditasiyadan keçirib
Bu yaxınlarda Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarına əsasən Azərbaycan Tibb Universiteti (ATU) yeni 5-illik müddətə akkreditasiyası keçirilib. Bunu Səhiyyə Nazirliyin geniş tərkibli kollegiya iclasında ATU-nun rektoru, professor Gəray Gəraybəyli deyib.
Rusiyada avtomobil qəzasında həlak olan azərbaycanlı biznesmen və oğlunun meyiti Azərbaycana gətirilib
Rusiyanın Saxalin vilayətində avtomobil qəzasında həlak olan azərbaycanlı biznesmen və oğlunun meyiti Azərbaycana göndərilib. Məlumata görə, həmyerlilərimiz Lətif Həsənov və oğlu Elnur Həsənovun meyitləri vətənə gətirilib. Onların doğulduğu Tovuz rayonunun Dönük Qırıqlı kəndində dəfn olunacağı bildirilir.
Yəməndə 6 gündə 150 nəfər öldürülüb
Son 6 gün ərzində Yəməndə Səudiyyə Ərəbistan dövlətinin başçılıq etdiyi koalisiyanın hava hücumları nəticəsində 143 dinc sakin həlak olub. Bu haqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat verib. Məlumatda qeyd olunub ki, 22-28 dekabr tarixlərində Yəməndə baş vermiş hava hücumları nəticəsində ümumilikdə 237 nəfər dinc sakin əziyyət çəkib.
Poroşenko: “Bu tarixdə Rusiya imperiyası...”
“Rusiya imperiyasının dəmir pərdəsi dağıdılıb”. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə vizasız rejimin tətbiqi 2017-ci ildə ölkənin əsas nailiyyətidir. “İyunun 11-dən Ukrayna pasportuna hörmət etməyə başladılar. Hər bir ukraynalı biometrik pasportlarla, ayaq üstə növbələr gözləmədən, viza üçün vəsait ödəmədən Avropa İttifaqına azad səyahət edə bilər. Bu tarixdə Rusiya imperiyasının dəmir pərdəsi və ya SSRİ dağıdıldı”, - Ukrayna lideri bildirib.
"Mənim üçün müğənni Aygün Bəylərdir" - Dostundan Röyaya ZƏRBƏ
"5/5" verilişində Zaur Kamalın qonağı olan Rəhim Rəhimli aparıcının suallarına yeni qalmaqalların əsasını qoyacaq açıqlamaları ilə yadda qalıb. Zaur müğənni qonağına "Rəhim, sən yaxşı bəstəkarsan, yoxsa yaxşı müğənni?" sualı ilə müraciət edib.
Rusiyanın heç bir nəticə verməyən Qarabağ təşəbbüsləri
Şimal qonşumuz Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini, təşəbbüslərini davam etdirir. Baxmayaraq ki, Kremlin bu istiqamətdəki təşəbbüsləri, fəallığı heç bir nəticə vermir və problemin həllinə müsbət təsir göstərmir, buna rəğmən Rusiya belə demək mümkünsə sülhyaratma missiyasını davam etdirməkdə israr nümayiş etdirir. Rusiyanın bu səyləri həm də kənar güclərin Dağlıq Qarabağ probleminin həllinə yönəlik cəhdlərini neytrallaşdırmaq məqsədi daşıyır.
Azərbaycanda 33 rayon dövlət büdcəsindən dotasiya almadan özünü saxlayır
Artıq geridə qalmaqda olan 2017-ci il Azərbaycan üçün bir sıra uğurlarla yadda qaldı. Xüsusən, iqtisadi sahədə əldə edilən naliyyətlər ölkənin süverenliyini daha da möhkəmlətməklə yanaşı, əhalinin sosial difahını da artırmış oldu. Millət vəkili Vahid Əhmədov bildirib ki, 2017-ci ildə cənab Prezident İlham Əliyev prioritet kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini Azərbaycan hökumətinin qarşısında qoydu. Buna da müəyyən qədər nail olundu.
ABŞ Türkiyəyə raket satacaq
ABŞ-ın “Raytheon” silah şirkəti aralarında Türkiyənin də olduğu 10 ölkəyə AMRAAM havadan-havaya raket sistemi satacaq. Bu barədə “Reuters” xəbər agentliyi ABŞ Müdafiə Nazirliyinə istinadən (Pentagon) məlumat yayıb. Pentaqondan verilən açıqlamaya görə, raketlər Türkiyə, Yaponiya, Cənubi Koreya, Mərakeş, Polşa, İndoneziya, Ruminya, İspaniya, Bəhreyn və Qətərə satılacaq.
London Feysbuk və Tvitteri hədələdi: “Rusiya barədə informasiyalar…”
Böyük Britaniya Feysbuk və Tvitter sosial şəbəkələrin sahiblərinə ultimatum göndərib. Bu haqda Britaniya parlamentinin mədəniyyət və idman komitəsinin sədri Demien Kollins söyləyib. Onun sözlərinə görə, yanvarın 18-nə kimi sosial şəbəkələrin köməyilə Rusiyanın “Breksit” üzrə referenduma müdaxiləsi barədə informasiyalar verilməsə, Feysbuk və Tvitterə qarşı sanksiyalar tətbiq ediləcək.
Üç müharibə və yeni dövlət - 2018-ci il üçün PROQNOZ
“2018-ci ildə dünyada üç müharibə başlaya bilər”. Bunu Ukraynanın “Obozrevatel” nəşrində dərc etdiyi yazısında ABŞ-da yaşayan tarix elmləri doktoru, politoloq Yuri Felştinski bildirib. Onun proqnozlarına görə, bu müharibələr ABŞ və Şimali Koreya, İran və İsrail, İran və Səudiyyə Ərəbistanı arasında başlana bilər.
Türkiyə və Rusiya zenit-raket komplekslərinin alınması üçün saziş imzalayacaq
Bu gün Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin alınması üçün kredit sazişi imzalanacaq. Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan bildirib ki, sazişin imzalanması üçün Rusiyadan nümayəndə heyəti Türkiyəyə gələcək.
Yeni ilin ilk günündə hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 1-i axşamdan 2-si gündüzədəkhava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.














