Gündəm
Bayram günlərinin hava proqnozu
Bakı və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Parlamentin 100 illiyi keçiriləcək: tapşırıqlar verilib
“Cənab Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar müvafiq sərəncam verib. Müvafiq qurumlar bu tədbirlərin üzərində işlər aparırlar”.
İlin icra başçısı bəlli oldu
İCMAL.az Analitik Təhlil Saytı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi "İLİN BAŞÇISI 2017”sorğusunu reallaşdırıb. Bu barədə “OLAYLAR”-a məlumat verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasovsorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd edib:"Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir.
Növbəti ildə təhsil sahəsində aparılacaq islahatlar müzakirə edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 2017-ci il ərzində görülmüş işlərə dair hesabatların dinlənilməsi başa çatıb. “OLAYLAR”-ın xəbərinə görə, iclasda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva və idarənin struktur bölmə rəhbərləri iştirak ediblər. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi və uğurların qazanılması məqsədilə həyata keçirilən işlərə dair BŞTİ-nin İnsan resursları, İctimaiyyətlə əlaqələr, Təminat və təchizat, Maliyyə və mühasibatlıq, Hüquq və Ümumi sektor müdirlərinin hesabatları dinlənilib.
BAXCP rəsmisi: “Leyla Yunus erməniyə nökərlik edir”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri Niyaməddin Orduxanlının verdiyi açıqlamaya görə, bir necə gün bundan qabaq Avropada beynəlxalq təşkilatların keçirdiyi tədbirdə Ermənistanı təmsil edən QHT sədri Ermənistanda onlarla siyasi məhbusun olduğunu tədbirdə dilə gətirib: "Bu tədbiri internet üzərindən izlədim. Ermənistandan gələn Qeyri-Hökümət Təşkilatının rəhbəri Ermənistanın siyasi hakimiyyətini çox kəskin tənqid etdi. Sərkisyanın sərt rejim yaratmaqda, ölkənin onlarla QHT sədrinin, mətbuat nümayəndələrinin, siyasi partiya üzvlərinin həbsə alındığını bildirdi. Bütün bunları Ermənistan prezidenti Serk Sərkisyanın törətdiyindən danışırdı. Bu zaman tədbirə qatılan Leyla Yunus dərhal çıxış edərək, Ermənistanda bir nəfər də olsun siyasi məhbusun olmadığını dedi.
Xədicə İsmayıl pulları necə mənimsəyir?- YENİ FAKTLAR - ANALİZ
Uzun müddətdir ki, “jurnalistlik” fəaliyyətini kənara qoyub “hüquq müdafiəçiliyi” ilə məşğul olan Xədicə İsmayıl haqqında yeni və real faktlar ortaya çıxmağa başlayıb. Belə ki, aparılan araşdırmalardan sonra əldə edilən səhih informasiyalara görə, X.İsmayılın müxalifətyönlü düşərgədə fəaliyyət göstərən bir qrup şəxslərin, eləcə də təşkilatların xaricdən ötürülən pullarını mənimsəməsi faktı ifşa olunub. Daha dəqiq desək, X.İsmayıl bu gün Azərbaycana qarşı çıxış edən bir neçə Qərb donor təşkilatlarının maliyyə dəstəklərini öz şəxsinə mənimsəməyə başlayıb. Misal üçün, “siyasi məhbuslar” üçün göndərilən pulların çox az bir qismi həmin istiqamətdə xərclənir, böyük qisminin isə X.İsmayılın cibinə axdığı barədə faktlar öz təsdiqini tapmaqdadır.
Ekspert: Yaxın zamanlarda Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini qismən qaytarmağa məcbur etmək mümkün olacaq
Yaxın zamanlarda Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini qismən qaytarmağa məcbur etmək mümkün olacaq. Məlumata görə, bunu “Azernews”a müsahibəsində beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib. O qeyd edib ki, Ermənistan bu vəziyyətə müqavimət göstərməyə çalışacaq: “Amma məsələyə real yanaşaq və Yerevanla Bakının imkanlarını və potensialını müqayisə edək. Ermənilər hər sahədə uduzur”.
Rusiyanın Qarabağ probleminin həllinə münasibəti dəyişibmi?
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi 2017-ci ildə davam etdirildi. Lakin müşahidələr göstərdi ki, rəsmi İrəvan Dağlıq Qarabağla bağlı status-kvonun saxlanmasında maraqlıdır. Azərbaycan isə münaqişənin tezliklə həll olunmasının tərəfdarıdır.
AŞPA-nın münaqişələrə dair Alt Komitəsinin növbəti iclası yanvarın 16-da keçiriləcək
AŞPA Monitorinq komitəsinin Avropa Şurasına üzv ölkələr arasında münaqişələrə dair Alt Komitəsinin növbəti iclasının vaxtı məlum olub. Məlumata görə, iclas yanvarın 16-da Parisdə keçiriləcək. İclasda əsasən Dnestryanı münaqişəsinə dair müzakirələr aparılacaq. Müzakirələrdə münaqişənin həllində vasitəçi olan ATƏT, Avropa İttifaqı nümayəndələri, həmçinin Moldovanın rəhbər şəxsləri iştirak edəcəklər.
FHN: İtkin düşmüş alpinistlərin axtarışı davam etdirilir
Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləriCəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Kibercinayətlər haqqında məqalə beynəlxalq mətbuatda
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Elvin Balacanovun müəllifi olduğu elmi məqalə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu Hüquq, Kompüterlər və Texnologiya üzrə Beynəlxalq İcmal jurnalında dərc olunub. Olaylar.az bildirir ki, “Kibercinayətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunması” adlı məqalədə «Kibercinayət haqqında» Konvensiyaya üzv ölkələrin kibercinayətlərin kriminalizasiyası və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunması sahəsindəki mövcud fərqli yanaşmaları müqayisəli təhlil olunub.
Moskvada sürücü avtobusu insanların üzərinə sürdü - 2 nəfər öldü
Rusiya paytaxtı Moskvada sürücü marşurut avtobusunu dayancaqda gözləyən insanların üzərinə sürüb. Bunu yerli hüquq-mühafizə orqanları bildirib. Hadisə Moskvanın Sxodnensk küçəsində baş verib.
Bölgələrdə "Hüquqi maarifləndirmə" proqramı çərçivəsində mühazirələr
Bilik Fondunun "Hüquqi maarifləndirmə" proqramı çərçivəsində bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində silsilə tədbirlər davam edir. Olaylar.az bildirir ki, Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Ağdaş Bilik Evinin müdiri Aynur Novruzova açaraq, mühazirə mövzusunun əhəmiyyətindən danışıb.
Qadınları fahişəliyə məcbur edən dəstənin dəhşətli görüntüləri ortaya çıxdı: günə 60 min
36 qadını zorla və təhdidlə fahişəlik etdirən dəstə başçısı Hakan Ato İstanbulda saxlanılıb. Atonun döyə-döyə bəzi qadınlara sənəd imzalatdığı görüntülər ortaya çıxıb.
Milli Parkda atəşfəşanlıq olacaq
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni - 2018-ci il münasibəti ilə Dənizkənarı Milli Parkda dekabrın 31-də möhtəşəm atəşfəşanlıq təşkil olunacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.


.jpg)











