Kibercinayətlər haqqında məqalə beynəlxalq mətbuatda

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Elvin Balacanovun müəllifi olduğu elmi məqalə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu Hüquq, Kompüterlər və Texnologiya üzrə Beynəlxalq İcmal jurnalında dərc olunub. Olaylar.az bildirir ki, “Kibercinayətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunması” adlı məqalədə «Kibercinayət haqqında» Konvensiyaya üzv ölkələrin kibercinayətlərin kriminalizasiyası və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunması sahəsindəki mövcud fərqli yanaşmaları müqayisəli təhlil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Elvin Balacanovun müəllifi olduğu elmi məqalə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu Hüquq, Kompüterlər və Texnologiya üzrə Beynəlxalq İcmal jurnalında dərc olunub.

Olaylar.az bildirir ki, "Kibercinayətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunması" adlı məqalədə "Kibercinayət haqqında" Konvensiyaya üzv ölkələrin kibercinayətlərin kriminalizasiyası və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunması sahəsindəki mövcud fərqli yanaşmaları müqayisəli təhlil olunub.

Əsasən fiziki məkanda ictimai münasibətlərin tənzimlənməsinin həyata keçirilməsi istiqamətində inkişaf etdirilmiş mövcud hüquqi norma və prinsiplərin kiberməkana transformasiyası və tətbiqi bir sıra uyğunsuzluqların və yanaşma fərqlərinin ortaya çıxması ilə müşaiyət olunur. Buna görə də, məqalədə kibercinayətlərlə mübarizədə effektiv və səmərəli beynəlxalq əməkdaşlığın təmin olunması üçün bu cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunmasında vahid yanaşmanın yaradılması istiqamətində üzv dövlətlər tərəfindən nəzərə alınmalı olan kriteriyalar formalaşdırılır. Məqalədə həmçinin, kiberməkanın, elektronlaşmanın, kompüter texnologiyaları və texnoloji innovasiyaların kibercinayətlərin törədilməsində yaratdığı imkanlar nəzərə çatdırılır.

Qeyd edək ki, Elvin Balacanov Dövlət Agentliyinin Elektron Xidmətlərin İnkişafı və Sosial İnnovasiyalar Şöbəsində baş məsləhətçi vəzifəsində çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31