Bölgələrdə "Hüquqi maarifləndirmə" proqramı çərçivəsində mühazirələr

Bilik Fondunun "Hüquqi maarifləndirmə" proqramı çərçivəsində bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində silsilə tədbirlər davam edir. Olaylar.az bildirir ki, Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Ağdaş Bilik Evinin müdiri Aynur Novruzova açaraq, mühazirə mövzusunun əhəmiyyətindən danışıb.

Bilik Fondunun "Hüquqi maarifləndirmə" proqramı çərçivəsində bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində silsilə tədbirlər davam edir.

Olaylar.az bildirir ki, Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Ağdaş Bilik Evinin müdiri Aynur Novruzova açaraq, mühazirə mövzusunun əhəmiyyətindən danışıb.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev tədbirdə "Yüksək keyfiyyətli hüquqi yardım insan hüquq və azadlıqlarının zəruri təminatı kimi" mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru Nazim Əliyev "Cəza siyasətinin humanistləşdirilməsi ölkə başçısı cənab İlham Əliyev siyasətinin əasa istiqamətlərindən biri kimi" mövzusunda mühazirə deyib. Bilik Fondu və AMEA təmsilçilərinin eyni mövzuda hazırladıqları mühazirələr Göyçay və Gəncə şəhərlərində Heydər Əliyev Mərkəzində keçirilib. Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov Gəncə şəhərinin iqtisadi sahədə əldə etdiyi uğurlardan danışıb, Bilik Fondu ilə sıx əməkdaşlıq çərçivəsində göstərdikləri fəaliyyətin mahiyyətini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31