Xədicə İsmayıl pulları necə mənimsəyir?- YENİ FAKTLAR - ANALİZ
Uzun müddətdir ki, “jurnalistlik” fəaliyyətini kənara qoyub “hüquq müdafiəçiliyi” ilə məşğul olan Xədicə İsmayıl haqqında yeni və real faktlar ortaya çıxmağa başlayıb. Belə ki, aparılan araşdırmalardan sonra əldə edilən səhih informasiyalara görə, X.İsmayılın müxalifətyönlü düşərgədə fəaliyyət göstərən bir qrup şəxslərin, eləcə də təşkilatların xaricdən ötürülən pullarını mənimsəməsi faktı ifşa olunub. Daha dəqiq desək, X.İsmayıl bu gün Azərbaycana qarşı çıxış edən bir neçə Qərb donor təşkilatlarının maliyyə dəstəklərini öz şəxsinə mənimsəməyə başlayıb. Misal üçün, “siyasi məhbuslar” üçün göndərilən pulların çox az bir qismi həmin istiqamətdə xərclənir, böyük qisminin isə X.İsmayılın cibinə axdığı barədə faktlar öz təsdiqini tapmaqdadır.
29 Dekabr 2017 12:18 SiyasətYeni faktlar və təfərrüatlar üzə çıxıb
Uzun müddətdir ki, "jurnalistlik" fəaliyyətini kənara qoyub "hüquq müdafiəçiliyi" ilə məşğul olan Xədicə İsmayıl haqqında yeni və real faktlar ortaya çıxmağa başlayıb. Belə ki, aparılan araşdırmalardan sonra əldə edilən səhih informasiyalara görə, X.İsmayılın müxalifətyönlü düşərgədə fəaliyyət göstərən bir qrup şəxslərin, eləcə də təşkilatların xaricdən ötürülən pullarını mənimsəməsi faktı ifşa olunub. Daha dəqiq desək, X.İsmayıl bu gün Azərbaycana qarşı çıxış edən bir neçə Qərb donor təşkilatlarının maliyyə dəstəklərini öz şəxsinə mənimsəməyə başlayıb. Misal üçün, "siyasi məhbuslar" üçün göndərilən pulların çox az bir qismi həmin istiqamətdə xərclənir, böyük qisminin isə X.İsmayılın cibinə axdığı barədə faktlar öz təsdiqini tapmaqdadır.
Xədicə İsmayıl Əfqan Muxtarlını və "NİDA" hərəkatını aldadır
Yeri gəlmişkən, uzun müddət özünə yaxın olan Əfqan Muxtarlının da pulları X.İsmayılın şəxsi gəlirlərinə çevrilib. Hətta Ə.Muxtarlının bundan xəbəri olsa da o susmağa məcbur olub. Çünki ona ünvanlanan gəlirləri X.İsmayıldan tələb edərsə, öz vəziyyətini daha çıxılmaz duruma salacağını anlayır. Belə ki, X.İsmayıl xarici donorlarla əlaqəsi olan yeganə adamdır və əks halda "hüquq müdafiəçisi" ümumiyyətlə, Ə.Muxtarlının müdafiəsindən imtina edə bilər.
Lakin bu da son deyil. Digər fakt isə "NİDA" hərəkatının adı ilə bağlıdır. Belə ki, adıçəkilən müxalifətyönlü hərəkatdan mediaya sızan xəbərə görə, X.İsmayıl bu quruma göndərilən gizli qrantların da mənimsənilməsində əsas rol alanlardan biridir. "NİDA"-ya yaxınlığı ilə seçilən mənbə sözügedən iddia ilə bağlı bildirib ki, ilk növbədə X.İsmayıla ünvanlanmış maliyyə vəsaitləri onun tərəfindən hərəkata ötürülürdüsə, artıq bu vəsaitin ötürülməsi tamamilə dayanıb.
İlkin Rüstəmzadənin yaxınları: "Xədicə hər kəsi bezdirib"
Məsələn, 2013-cü ildə "NİDA"nın "facebook inqilabçısı" kimi tanınan üzvü İlkin Rüstəmzadənin yaxınları bildirirlər ki, X.İsmayıl öz həyasızlığı ilə hər kəsi bezdirib. "O, hər kəsi, hətta beynəlxalq təşkilatları da bezdirib"-deyə qeyd edən İ.Rüstəmzadənin qohumları əlavə ediblər ki, artıq Rüstəmzadə üçün göndərilən pulların bir qəpiyi də ona çatmır. Əksinə, vəsaitlərin hamısı X.İsmayılın şəxsi pullarına çevrilir.
Yeri gəlmişkən, bir müddət əvvəl qərəzli beynəlxalq təşkilatlara Leyla Yunus və Emin Hüseynov haqqında dosonlar yazan X.İsmayıl onları "siyasi məhbus" məsələsindəki maliyyələşmələrdən uzaqlaşdırmağa nail olmuşdu. Görünür, onun vəsaitləri yalnız özü tərəfindən qəbul olunub-paylanılması prosesi də həmin planın tərkib hissəsidir. Yəni sonradan onların mənimsənilməsi üçün hərəkətə keçmək X.İsmayılın əsas marağı idi.
Xədicə İsmayıl son müddət ərzində 300 min (!) dollar "yeyib" - Əli Kərimli ona qaşrı hücuma hazırlaşır
Həmçinin, maraqlı məqamlardan biri də budur ki, X.İsmayıl mənimsədiyi pulları müxtəlif adda QHT-lər və mükafatlar adı altında əldə edir. Məsələn, bir müddət öncə ona "alternativ Nobel mükafatı" verilmişdi. Ancaq bəllidir ki, Nobel mükafatına alternativ olan yeganə mükafat var və onun da adı Şnobel mükafatıdır. Məhz heç bir yerdə tanınmayan QHT-lər və "mükafatlar" adı altında X.İsmayıl son müddətlər 300 min (!) dollar kirli gəlir əldə edib.
Daha bir maraqlı nüans isə bu məsələnin ictimailəşməsinin ardınca AXCP sədri Əli Kərimlinin və onun ətrafının X.İsmayıla qarşı savaş elan etməsidir. Məsələn, Ə.Kərimlinin saxta profilləri eyni anda sual etməyə başlayıblar ki, nəyə görə bütün pullar bilavasitə X.İsmayıla verilir? Məhz bu sual ətrafında yaxın günlərdə ciddi ajiotajın, hətta kəskin qarşıdurmaların yaşanması gözlənilir. Bir tərəfdə X.İsmaılın "siyasi məhbus" elan etdiyi adamların yaxınlarının, digər tərəfdə isə Ə.Kərimlinin hücum mövqeyinə keçmələri qondarma hüquq müdafiəçisinin vəziyyətini dalana dirəyəcək.
Sia.az