İlin icra başçısı bəlli oldu

İCMAL.az Analitik Təhlil Saytı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi "İLİN BAŞÇISI 2017”sorğusunu reallaşdırıb. Bu barədə “OLAYLAR”-a məlumat verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasovsorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd edib:"Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir.

İCMAL.az Analitik Təhlil Saytı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi "İLİN BAŞÇISI 2017"sorğusunu reallaşdırıb. Bu barədə "OLAYLAR"-a məlumat verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasovsorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd edib:"Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. ASGA olaraq bir neçə istiqamətdə sorğular keçirtmək niyyətindəyik. Bu sorğuda əsas məqsədimiz regionlarda gedən irimiqyaslı quruculuq işləri haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, regionlarımıza olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki iqtisadi uğurların nəticəsi kimi dəyərləndirilməlidir. Bu dəfəki sorğumuzun "İLİN BAŞÇISI 2017" nominasiyası üzrə qalibi Qazax rayon icra başçısı Rəcəb Babaşov oldu. Biz həmçinin Qazaxda sıravi vətəndaşlarla görüş keçirdik, şifahi sorğu apardıq. Qazax camaatı arasında böyük hörmətə, nüfuza malik olan icra başçısının seçilməsinin də təsadüfi olmadığına əmin olduq."

Məlumat üçün qeyd edək ki, sorğu QHT -nin rəsmi internet səhifəsiwww.AzSlav.orgsaytında həyata keçirildi. Məlumat üçün qeyd edək ki, bundan öncə"İLİN BAŞÇISI"mükafatına Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev və Biləsuvar Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev layiq görülüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31