AŞPA-nın münaqişələrə dair Alt Komitəsinin növbəti iclası yanvarın 16-da keçiriləcək

AŞPA Monitorinq komitəsinin Avropa Şurasına üzv ölkələr arasında münaqişələrə dair Alt Komitəsinin növbəti iclasının vaxtı məlum olub. Məlumata görə, iclas yanvarın 16-da Parisdə keçiriləcək. İclasda əsasən Dnestryanı münaqişəsinə dair müzakirələr aparılacaq. Müzakirələrdə münaqişənin həllində vasitəçi olan ATƏT, Avropa İttifaqı nümayəndələri, həmçinin Moldovanın rəhbər şəxsləri iştirak edəcəklər.

Qeyd edək ki, alt komitənin rəhbəri AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakdır. Apa.az AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31