“Azərbaycan Silahlı Qüvvələri haqqında” yeni qanun qəbul edildi

Milli Məclisin dekabrın 29-da keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclisin dekabrın 29-da keçirilən plenar iclasında yeni hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar"ın xəbərinə görə, qanun layihəsi 5 fəsil, 16 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31