Fazil Mustafa: “Ölkədən maliyyə axını iqtisadiyyata mənfi təsir edə bilər”

“2017-ci ildə dünyada qlobal iqtisadi-maliyyə böhranı davam etdiyi bir zamanda Azərbaycan bu kataklizmlərdən özünü qoruya bildi. Lakin daxili siyasətdə problemlər mövcuddur”.

"2017-ci ildə dünyada qlobal iqtisadi-maliyyə böhranı davam etdiyi bir zamanda Azərbaycan bu kataklizmlərdən özünü qoruya bildi. Lakin daxili siyasətdə problemlər mövcuddur". "Olaylar"ın məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin iclasında deyib. Daha çox iqtisadi sahədə baş verən proseslərdən narahatlığını bildirən deputat deyib ki, maliyyə axını digər ölkələrin iqtisadiyyatının inkişafına xidmət edir: "Bu məsələlərə ciddi nəzarət olunmalıdır. Ölkədən maliyyə axını iqtisadiyyata mənfi təsir edə bilər və bu məsələ üzərində düşünmək lazımdır. Sabah insanları həbsə atmaqla problemləri həll etmək olmaz. Odur ki, bu məsələyə ciddi diqqət yetirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31