Milli qəhrəmanın anım günü keçirilib
Dekabrın 29-da Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman Çingiz Qurbanovun anım günü keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbirdə universitet rəhbərliyi, ictimaiyyət nümayəndələri, müəllimlər, tələbələr, eləcə də Çingizin qrup yoldaşları olan məzunlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Çingiz Qurbanovun oxuduğu Xüsusi texnika və texnologiya fakültəsində olublar. Burada Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan stenttə baxış keçirilib. Stentdə qəhrəmanın təhsil aldığı müddətdə çəkilən fotoşəkilləri, onun diplom işi, öz əlyazmaları nümayiş etdirilib.
29 Dekabr 2017 14:43 SosialDekabrın 29-da Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman Çingiz Qurbanovun anım günü keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbirdə universitet rəhbərliyi, ictimaiyyət nümayəndələri, müəllimlər, tələbələr, eləcə də Çingizin qrup yoldaşları olan məzunlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Çingiz Qurbanovun oxuduğu Xüsusi texnika və texnologiya fakültəsində olublar. Burada Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan stenttə baxış keçirilib. Stentdə qəhrəmanın təhsil aldığı müddətdə çəkilən fotoşəkilləri, onun diplom işi, öz əlyazmaları nümayiş etdirilib.
Daha sonra iştirakçılar Xüsusi texnika və texnologiya fakültəsində Milli Qəhrəmanın adı verilən auditoriyada olublar. Məlumat verilib ki, Çingiz Qurbanovun adı verilən bu auditoriya bir vaxtlar Milli Qəhrəmanın mütəmadi olaraq dərs aldığı auditoriyadır.
Anım tədbiri AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilib. İştrakçılar muzeydə Çingiz Qurbanovun barlyefi qarşına gül dəstələri düzüb, onun xatirəsinə etiramlarını bildiriblər.
Muzeydə AzTU-nun rektor əvəzi Xalıq Yahudov qonaqlara Çingiz Qurbanov, onun qəhrəmanlığı, həmçinin universitet dövründə tələbə kimi ictimai aktivliyi haqqında geniş məlumat verib. Rektor əvəzi bildirib ki, Çingiz Qurbanovun qəhrəmanlığı nəinki onun təhsil aldığı fakültə tələbələrinə, bütün AzTU tələbələrinə, eləcə də Azərbaycan gəncliyinə böyük örnək oldu.